- Geologiya və ya digər uyğun yer elmləri sahəsində bakalavr və ya magistr dərəcəsi.
- Neft-qaz sənayesində qazma geoloqu kimi minimum 3 il praktiki iş təcrübəsi.
- Quyu planlaşdırılması, PPFG, quyu dizaynı və kəmər strategiyaları üzrə biliklər.
- Quyuların real vaxt rejimində monitorinqi, geoloji korrelyasiya və məlumatların təhlili üzrə praktiki təcrübə.
- Qaz karotajı prinsipləri üzrə güclü biliklər.
- LWD və kabel karotajı əməliyyatları üzrə möhkəm nəzəri və praktiki biliklər.
- Geoloji, geofiziki, qazma və tamamlama məlumatlarını təhlil etmək bacarığı.
- Petrel və Techlog proqram təminatları ilə işləmək təcrübəsi.
- Geoloji modellərlə işləmək və onların interpretasiyasını aparmaq bacarığı.
- Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində biliklərə malik olmaq (ingilis və rus dili biliyi üstünlük hesab olunur).
Üstünlük verilən bacarıqlar:
- Güclü kommunikasiya və təqdimat bacarıqları.
- Çoxşaxəli (multidissiplinar) komandalarla effektiv əməkdaşlıq etmək bacarığı.
- Mentorluq və bilik paylaşımı vasitəsilə komandanın inkişafına töhfə vermək təcrübəsi.
- Yüksək təşkilati bacarıqlar və eyni vaxtda bir neçə layihə və ya aktiv üzrə işləri effektiv idarə etmək qabiliyyəti.
Müraciət üçün son tarix: 21.06.2026
Vakansiyaya maraq göstərən namizədlərdən CV-lərini “Qazma Geoloqu üzrə Aparıcı Mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.