Avtobusların daxili hissələrinin – döşəmə, tavan, oturacaqlar, sürücü kabinəsi və digər sahələrin təmizlik standartlarına uyğun şəkildə təmizlənməsinə gündəlik nəzarət etmək;
Təmizlik prosesinin təsdiq edilmiş kimyəvi vasitələr, alət və avadanlıqlardan düzgün istifadə olunmaqla, nəqliyyat vasitələrinə zərər verilmədən həyata keçirilməsini təmin etmək;
Təmizlik vasitələrinin, alət və avadanlıqların daşınması, istifadəsi və saxlanılması prosesinin müvafiq təlimatlara uyğun aparılmasına nəzarət etmək;
Podratçı şirkətlər tərəfindən avtobuslarda icra olunan təmizlik işlərinin keyfiyyətini yoxlamaq və aşkar edilən çatışmazlıqlar barədə aidiyyəti üzrə məlumat vermək;
Komanda üzvləri arasında iş bölgüsünü təşkil etmək, işin icra müddətinə və nəticəsinə nəzarət etmək;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında, dəqiq və keyfiyyətlə yerinə yetirmək;
Əmək, daxili nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
İş şəraiti
İş qrafiki: növbəli qrafik
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
Xüsusi tələblər
Komandaya nəzarət etmək və iş bölgüsünü effektiv aparmaq bacarığı;
Təmizlik işlərinin təşkili, koordinasiyası və keyfiyyətinə nəzarət üzrə anlayış;
Yüksək məsuliyyət, intizamlılıq və nəticəyönümlü yanaşma;
Operativ qərarvermə və yaranan problemləri vaxtında həll etmə bacarığı;
Ünsiyyət qurmaq və kollektivlə işləmək bacarığı;
İş prosesində dəqiqlik, diqqətlilik və keyfiyyətə nəzarət bacarığı;
Gecə növbəsində işləmək imkanı;
Stressə davamlılıq və operativlik;
Müvafiq sahə üzrə iş təcrübəsi üstünlük hesab olunur.