Cəmiyyətin server, sistem, virtualizasiya, saxlama və əlaqəli İT infrastrukturunun fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
Windows və Linux əsaslı serverlərin quraşdırılması, konfiqurasiyası, idarə olunması və texniki sazlığının təmin edilməsi;
Active Directory, DNS, DHCP, Group Policy və digər korporativ xidmətlərin idarə olunması və dayanıqlılığının təmin edilməsi;
Virtualizasiya platformalarının (VMware, Hyper-V və s.) idarə olunması, resurslardan səmərəli istifadə və optimallaşdırma işlərinin aparılması;
Ehtiyat nüsxələmə və bərpa proseslərinin təşkili, icrasına nəzarət və fövqəladə hallarda sistemlərin operativ bərpasının təmin edilməsi;
İT sistemlərinin fəaliyyətinin davamlı monitorinqi, nasazlıqların operativ aşkarlanması, diaqnostikası və aradan qaldırılması;
Şəbəkə infrastrukturu üzrə ümumi inzibati nəzarətin həyata keçirilməsi, LAN/WAN, VPN, firewall və digər əsas komponentlərlə bağlı işlərin koordinasiya olunması;
Sistem və informasiya təhlükəsizliyi üzrə tələblərin tətbiqində iştirak etmək, giriş hüquqları, yenilənmələr, antivirus və digər qoruma mexanizmlərinin icrasına nəzarət etmək;
İstifadəçi hesablarının, səlahiyyətlərin və giriş hüquqlarının korporativ standartlara uyğun şəkildə idarə olunmasını təmin etmək;
Mövcud İT infrastrukturunun təkmilləşdirilməsi, yeni texnoloji həllərin araşdırılması və tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
İT infrastrukturu üzrə texniki sənədləşmənin, sxemlərin, təlimatların və istismar sənədlərinin hazırlanması və yenilənməsini təmin etmək;
Təchizatçılar və xidmət təminatçıları ilə texniki məsələlər üzrə koordinasiyanı həyata keçirmək;
Proqram təminatı və lisenziyaların quraşdırılması, yenilənməsi və istifadə müddətlərinə nəzarət prosesində iştirak etmək;
Sistem komandası daxilində işlərin koordinasiyasını həyata keçirmək, zərurət olduqda əməkdaşlara metodiki dəstək göstərmək;
İnsidentlərin idarə olunması, sistemlərin dayanıqlılığının qorunması və xidmətlərin operativ bərpası istiqamətində tədbirlər görmək;
Hesabat, texniki arayış, rəy və digər xidməti sənədlərin hazırlanmasında iştirak etmək.
Xüsusi tələblər
Azərbaycan dili səlis, Rus dili və İngilis dili arzuolunandır;
Windows Server əməliyyat sistemləri (2016/2019/2022/2025) və Linux distributivləri (Ubuntu, CentOS, Red Hat və s.) üzrə yüksək səviyyədə bilik və praktiki idarəetmə təcrübəsi;
Virtualizasiya platformaları (VMware vSphere, Microsoft Hyper-V və digər analoji mühitlər) üzrə quraşdırma, konfiqurasiya, idarəetmə və optimallaşdırma bacarığı;
Şəbəkə texnologiyaları üzrə biliklər: TCP/IP, DNS, DHCP, VLAN, VPN, routing və switching prinsipləri üzrə nəzəri və praktik anlayış;
Active Directory, DNS, Group Policy, LDAP və əlaqəli xidmətlərin idarə olunması üzrə təcrübə;
Bulud texnologiyaları (Microsoft Office 365, Exchange online, SharePoint Online) ilə işləmək, resursların idarə olunması və inteqrasiya prosesləri üzrə biliklər;
İnformasiya təhlükəsizliyi həlləri, o cümlədən firewall, IDS/IPS, antivirus, endpoint protection və girişə nəzarət mexanizmləri üzrə iş təcrübəsi;
Ehtiyat nüsxələmə və bərpa həlləri (Veeam, Acronis və digər analoji sistemlər) üzrə bilik və tətbiqetmə təcrübəsi;
Monitorinq və idarəetmə alətləri (Zabbix, PRTG, ManageEngine OpManager və digər analoji platformalar) vasitəsilə sistemlərin izlənilməsi, konfiqurasiyaların edilməsi və təhlili bacarığı;
Verilənlər bazası sistemləri (MS SQL, MySQL, PostgreSQL və s.) üzrə baza inzibatçılıq səviyyəsində biliklər;
Texniki sənədlərlə, sistem arxitekturası sxemləri ilə və inzibati hesabatlarla işləmək bacarığı.
Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
Ali təhsil ( İnformasiya texnologiyaları və aidiyyəti sahələr üzrə)