Qrafikə əsasən gəmi hərəkətdə olduğu zaman gəmi idarəetmə mərkəzində, gəmi limanda dayanan zaman nərdivanın yanında növbə çəkmək;
Gəmi işlərinə və gövdə hissəsinə texniki xidmətdə iştirak etmək (gəminin yüksək yerləri və bortun kənar hissəsi daxil olmaqla);
Yük qurğularının və anbarların yük əməliyyatlarına hazırlanmasında iştirak etmək, mexaniki və hidravlik ötürücülərlə təchiz edilmiş yük anbarlarını açmaq və bağlamaq;
Şturman və sükan otaqlarının təmizliyini, siqnal bayraqlarının və işarələrinin, əl lotlarının (dərinliyi ölçən cihazların) və əl duman şeypurunun etibarlı saxlanılmasını təmin etmək.
Xüsusi tələblər
Siqnal işaralərini bilmək; göyərtə texniki vasitələrin idarə edilməsini; fərdi və kollektiv xilasetmə vasitələrindən istifadəni; qəza-xilasetmə avadanlıqlarının, yanğınsöndürmə vasitələrinin saxlanma yerlərini və onlardan istifadə qaydalarını; gəmidə ballast anbarlarının və içməli su anbarlarının, onların hava və ölçü borularının, yük anbarlarının ölçü borularının yerləşməsini; göyərtədə klinketlərin əsas ötürücülərini manipulyasiya etməyi bilməlidir.
Tələb olunan kompüter bilik səviyyəsi:MS Office (arzuolunandır)
Tələb olunan xarici dil bilik səviyyəsi:Azərbaycan dili (əla); Rus dili və İngilis dili (arzuolunandır)
Hərbi xidməti:Hərbi biletin təqdim edilməsi zəruridir