Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarında nəzərdə tutulmuş tədbirlərin icrasını təşkil etmək;
Təsdiq edilmiş istehsalat proqnozuna uyğun işlərin aparılmasını təşkil etmək;
Mədən ehtiyatlarının qalığının hər il üçün yenidən hesablanmasına nəzarət etmək və hesabatın bölmə rəhbərinə təqdim edilməsi;
İllik istehsalat planının hazırlanması, işlərin plana uyğun aparılması və gündəlik, aylıq, rüblük, illik hesabatların hazırlanması;
Təhlükəsizlik, ətraf mühit və keyfiyyət göstəricilərinə riayət edilməklə Söyüdlü qızıl yatagında geologiya, mədən və tapoqrafiya işlərini təşkil etmək;
Bütün geoloji və keyfiyyətə nəzarət məlumatları ilə tanış olmaq və digər struktur bölmələr ilə effektiv şəkildə əməkdaşlıq etmək;
Nümunənin nömrələnməsi və çatdırılması daxil olmaqla, mövcud prosedur standartlarına uyğun şəkildə nümunə hazırlama fəaliyyətinin gerçəkləşməsini təşkil etmək;
Qısa, orta və uzunmüddətli planlaşdırma məqsədlərini bilmək və həmin məqsədlərə çata bilmək üçün strategiyaların işlənib hazırlanmasında iştirak etmək;
Buruqqazma, partlayış və daşıma işləri üzrə podratçılarlarla işləri təşkil etmək;
Faydalı qazıntı yatağının səmərəli və qənaətli şəkildə dəyərləndirilməsi, şərh edilməsi və mədən işlərinin səmərəli, qənaətli şəkildə aparılmasını təmin etmək;
Mədən üzrə maksimum və arzu edilən keyfiyyətə nail olunmasını təmin etmək üçün çıxarılan filiz ehtiyatının keyfiyyətinə nəzarət etmək və məlumatlarının uyğunluğunu yoxlamaq;
Filiz anbarından qırıcıya cəlb olunacaq filizin dərəcəsinə uyğun həcmlərini müəyyən etmək;
Filiz bloku poliqonunun tamamilə işlənmiş olmasına nəzarət etmək;
Xüsusi tələblər
Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik.
Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və CİS proqram təminatları ilə işləmə bacarığı.
Müvafiq sahə üzrə ali təhsil (Geologiya - mühəndis geoloq ixtisası üzrə bakalavr və magistr səviyyəsi);