Sektorun səlahiyyətinə daxil olan məsələlər üzrə dövlət orqanı/qurumlarından, hüquqi və ya fiziki şəxslərdən daxil olan, o cümlədən bu istiqamətlərdə Cəmiyyət adından göndərilən hüquqi əsaslı məktub, sorğu və müraciətlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət etmək şərti ilə yoxlanılmasında və eləcə də bu istiqamətdə zəruri olan digər hərəkətlərin yerinə yetirilməsində iştirak etmək;
Qanunvericiliyi mütəmadi olaraq izləmək, baş verən aidiyyəti yeniliklər üzrə sektor müdirinə məlumatların təqdim olunmasında iştirak etmək;
Qanunvericilikdə baş verən yeniliklər və dəyişikliklərə dair qanunvericilik buraxılışlarını hazırlanmaq və sektor müdirinə təqdim olunmasında iştirak etmək;
Tapşırığa uyğun olaraq Cəmiyyətin fəaliyyəti ilə bağlı olan müxtəlif mövzularda qanunvericiliyin tələblərinə dair arayış və məlumatları hazırlamaq və sektor müdirinə təqdim etmək;
Cəmiyyətin iş nomenklaturasına daxil edilməsi nəzərdə tutulan sənədlər Siyahısının hazırlanmasında və siyahının təkmilləşdirilməsində iştirak etmək;
Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədi ilə tərtib edilmiş İMS sənədlərinin və müxtəlif məzmunlu normativ sənədlərin layihələrini hüquqi əsaslı yoxlamaq;
Şöbəyə aid fəaliyyət əmrlərinin hazırlanması;
Dövlət orqanı/qurumlarından daxil olmuş normativ hüquqi akt layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsində, müxtəlif normativ aktların layihələrinin hazırlanmasında iştirak etmək;
Sektorun fəaliyyəti ilə əlaqədar olaraq statistik və digər hesabatların hazırlanmasında iştirak etmək;
Sektorun fəaliyyət istiqamətləri üzrə hesabatlılığın təmin edilməsi məqsədi ilə müxtəlif məzmunlu reyestrlərin hazırlanmasında və daimi olaraq yenilənməsində iştirak etmək;
Xüsusi tələblər
Azərbaycan dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilməli;
Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki Məcəlləni, Torpaq Məcəlləsini, Əmək Məcəlləsini, “Yerin təki haqqında” AR Qanununu, “Lisenziyalar və icazələr haqqında” AR Qanununu və digər əlaqəli normativ hüquqi aktları bilmək.