Sahə rəisi / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İllik hasilat planlarının hazırlanmasına rəhbərlik etmək;
  • Təsdiq edilmiş istehsalat proqnozuna uyğun işlərin aparılmasına rəhbərlik etmək;
  • Söyüdlü qızıl yatagının fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
  • Söyüdlü qızıl yatagının sahəsinə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədlərin, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
  • Söyüdlü qızıl yatagının sahəsində işlərin təhlükəsiz və davam etdirilə bilən şəkildə inkişaf etdirilməsinə rəhbərlik etmək;
  • Mədən gəlirliliyinin artırılması, əməliyyat xərclərinin azaldılması, işlərin və proseslərin optimallaşdırılması üçün təkliflər verilməsində iştirak etmək və zəruri tədbirlərin görülməsini təşkil etmək;
  • Sahənin kommersiya mənfəəti üçün texniki imkanları və potensialı dəyərləndirmək;
  • Sahə üzrə dağ-mədən işləri və əlaqədar texniki xidmət fəaliyyətlərinin idarə ediməsində iştirak etmək;
  • Mədənin istismarı büdcəsinin işlənib hazırlanmasında iştirak və nəzarət etmək;
  • Filiz ayırma sistemlərinin planlaşdırılması və fəaliyyət planına uyğun olaraq yerinə yetirilməsini təşkil etmək;
  • İstehsalat sahələrində istehsalata dair xidmətlər göstərən podratçı və subpodratçı şirkətlərin işinə nəzarət etmək;
  • İstehsalat işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nəzarət əməliyyatlarının avtomatlaşdırılmasını nəzərdə tutan daha effektiv metodların tətbiqini təklif etmək;

Xüsusi tələblər

  • Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik.
  • Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və GIS proqram təminatları ilə işləmə bacarığı.
  • Müvafiq sahə üzrə ali təhsil (Geologiya və ya dağ-mədən mühəndisliyi, metallurgiya mühəndisliyi, üzrə ali təhsil (bakalavr və magistr səviyyəsi);
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi

Telegram kanalımız