Azot istehsalı stansiyasının (ASU) texnoloji rejimə uyğun idarə edilməsi, proses parametirlərinin davamlı izlənilməsi və avadanlıqların stabil iş rejiminin təmin edilməsi
Hidrogen istehsalı avadanlıqlarında temperatur, təzyiq, sərfiyyat və digər texnoloji parametirlərin mütəmadi monitorinqi, yaranan nasazlıqların operativ aşkar edilərək aradan qaldırılması
Kompressor stansiyasının təhlükəsiz və fasiləsiz işinin təmin olunması, kompressor və köməkçi avadanlıqların iş rejiminə nəzarət edilməsi
Soyutma su stansiyasında su analizlərinin aparılması, analiz nəticələrinə uyğun olaraq tələb olunan kimyəvi reagentlərin dozalanması və su kimyasının nəzarətdə saxlanılması
SO₂ stansiyasında qaz axınının və texnoloji parametirlərin tənzimlənməsi, normal əməliyyat rejiminin qorunub saxlanılması
DCS/SCADA və sahə avadanlıqları vasitəsilə proses göstəricilərinin izlənilməsi və qeydiyyatının aparılması
Təhlükəsizlik, əməyin mühafizəsi və istehsalat prosedurlarına uyğun fəaliyyət göstərilməsi
Avadanlıqlarda yaranan nasazlıqlar barədə aidiyyəti şöbələrə məlumat verilməsi və texniki heyətlə koordinasiyalı işin təşkili
Növbə jurnallarının və əməliyyat hesabatlarının düzgün aparılması
İş şəraiti:
İş qrafiki: növbəli;
İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
Nahar əvəzi əlavə ödəniş verilir;
Tibbi sığorta;
Servis;
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Xüsusi tələblər
Peşə ixtisası və ya ali texniki təhsil (Kimya mühəndisliyi,Neft-qaz avadanlıqları, Mexanika, Sənaye mühəndisliyi)
İstehsalat və ya sənaye avadanlıqlarının istismarı sahəsində 1-3 il iş təcrübəsi
Texnoloji parametrlərin (temperatur, təzyiq, sərfiyyat və s.) izlənilməsi bacarığı;
DCS/SCADA və ya digər idarəetmə sistemləri ilə işləmək bacarığı;
Avadanlıqlarda yaranan nasazlıqların aşkar edilməsi və məlumatlandırılması bacarığı;
Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydalarını bilmək;
Məsuliyyətli olmaq və növbəli iş rejimində işləmək bacarığı.