Alternativ satış və icarə şöbəsinə Aparıcı mütəxəssis

Bakı

Bakı Metropoliteni

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Alternativ satış və icarə sahəsində yeni kommersiya mexanizmlərinin, layihələrin və təkliflərin hazırlanması;
  • Korporativ müştərilər və böyük tərəfdaşlarla yüksək səviyyəli danışıqların aparılması, müqavilə şərtlərinin razılaşdırılması;
  • İcarə sahələrinin qiymətləndirilməsi və tarif siyasətinin formalaşdırılmasında iştirak;
  • Şöbə üzrə bütün növ müqavilələrin (icarə, xidmət, birgə fəaliyyət və s.) kommersiya baxımından tamlığına nəzarət edilməsi;
  • İcarə və alternativ satış gəlirlərinin dinamikasının təhlili, illik və aylıq proqnozların hazırlanması;
  • Mövcud tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi və yarana biləcək problemlərin həlli prosesinin idarə olunması;
  • Dövlət qurumları, komitələr və aidiyyəti təşkilatlarla kommersiya/icarə məsələləri üzrə rəsmi yazışmaların aparılması və koordinasiyanın təmini;
  • Şöbənin fəaliyyətinə aid normativ sənədlərin, daxili təlimatların və prosedurların hazırlanması, təkmilləşdirilməsi;
  • Şöbənin digər kiçik mütəxəssislərinə metodiki köməkliyin göstərilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların operativ yerinə yetirilməsi.

Xüsusi tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Kommersiya və ya əlaqəli sahələr üzrə);
  • Satış, biznesin inkişafı, kommersiya və ya icarə sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi (xüsusilə İcarə və Öhdəliklər hüququ bölməsi) və kommersiya qanunvericiliyi üzrə biliklər;
  • MS Office proqramlarında (Excel, PowerPoint, Word) peşəkar səviyyədə işləmək bacarığı;
  • Azərbaycan dili – sərbəst, Rus və İngilis dili bilikləri üstünlükdür;
  • Stresə davamlılıq, danışıqların aparılması və vaxtın effektiv idarə olunması bacarığı.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 500 - 800 AZN

CV yaza bilmirsiz? Biz kömək edərik- Ödənişsiz!