Müxtəlif istehsal sahələrində (kabel, alüminium, polimer və digər istehsalat istiqamətləri) istifadə olunan avadanlıq və dəzgahların fasiləsiz istismarının təmin edilməsi;
Avadanlıqlar üzrə planlı texniki xidmət və profilaktik baxışların təşkili və icrasına nəzarət;
Elektrik, mexaniki, pnevmatik və hidravlik sistemlərdə yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
CNC və digər sənaye avadanlıqlarının texniki vəziyyətinin monitorinqi;
Təmir işlərinin planlaşdırılması, koordinasiyası və keyfiyyətinə nəzarət;
Avadanlıqların məhsuldarlığının və etibarlılığının artırılması üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
Texniki sənədlərin, hesabatların və istismar qeydlərinin aparılması;
İstehsalatın fasiləsizliyinin təmin olunması məqsədilə aidiyyəti şöbələrlə əməkdaşlıq.
Xüsusi tələblər
Elektromexanika, Elektrik mühəndisliyi, Mexanika mühəndisliyi və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil;
İstehsalat müəssisələrində elektromexanika, texniki xidmət və ya avadanlıqların təmiri sahəsində minimum 3 il iş təcrübəsi;
Sənaye avadanlıqlarının istismarı, texniki xidməti və təmiri üzrə praktiki biliklər;
Lean Manufacturing, TPM və ya Preventive Maintenance yanaşmaları üzrə biliklər;
Elektrik və mexaniki sistemlərin iş prinsiplərini yaxşı səviyyədə bilmək;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;