Fəaliyyət istiqamələrinə uyğun olaraq qanunvericiliklə və cəmiyyətdaxili prosedur, təlimat və qaydalarla işlərin icrasını həyata keçirmək;
Səlahiyyətləri çərçivəsində struktur bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə təsdiq edilmiş iş planlarında və digər bu kimi sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icra edilməsini həyata keçirmək;
Video müşahidə kameraları vasitəsilə nəzarəti təmin edərək, təhlükəsizlik sistemlərinin düzgün işləməsinə nəzarət etmək;
Təhlükəsizlik prosedurlarının, təlimatların və digər normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
Təhlükəsizlik sahəsi üzrə görülmüş işlər, aparılmış yoxlamalar və həyata keçirilmiş tədbirlər barədə hesabatları hazırlamaq;
İstehsalat sahələrində təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin yoxlanılması və mütəmadi təftişlərdə iştirak etmək;
İstehsalat sahələrində təhlükəsizliyin düzgün təşkil olunmasına nəzarət etmək;
İstehsalat sahələrində işçilərin, kənar şəxslərin və nəqliyyat vasitələrinin giriş-çıxışına, daxili buraxılış rejimi qaydalarına əməl olunmasına nəzarət etmək;
Sahədə podratçı/subbodratçı şirkətlərin, özəl mühafizə fəaliyyətini həyata keçirən şirkətlərin əməkdaşlarına fəaliyyətlərini prosedur, qayda, təlimat və bağlanmış müqavilələr çərçivəsində qurulmasına nəzarəti həyata keçirmək;
Təhlükəsizlik fəaliyyəti ilə bağlı hesabatların, təqdimat materiallarının, daxil olan və göndərilən məktubların, xidməti məruzələrin və digər sənədlərin hazırlanmasında iştirak etmək;
Yeni yaradılan və ya genişləndirilən istehsalat sahələri üzrə təhlükəsizlik tədbirlərinin planlaşdırılması və aidiyyəti tədbirlər planlarının hazırlanmasında iştirak etmək;
İstehsalat sahələrinə planlı və plandankənar təftişlərdə iştirak etmək;
Xüsusi tələblər
Azərbaycan dili səlis ; rus dili yaxşı.
MS Office (Word, Excel, PowerPoint) proqramlarında sərbəst və peşəkar işləmək bacarığı;
Sənəd dövriyyəsi, xidməti yazışmalar və hesabatların hazırlanması bacarığı,
Əməkdaşlıq, məsuliyyət, dürüstlük, təşəbbüskarlıq, çeviklik, problem həll etmə, təşkilatı anlama, nəticəyönümlülük bacarıqları;
Təhlükəsizlik sahəsi üzrə normativ-hüquqi aktlar haqqında biliklər;
Məlumatların operativ toplanması, təhlili, ümumiləşdirilməsi və təqdim edilməsi bacarığı;
Səliqəli və sistemli iş vərdişlərinə malik olmaq;
Komanda ilə işləmək və struktur bölmələrlə effektiv koordinasiya bacarığı.