Cəmiyyət üzrə ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) göstəricilərinin aidiyyəti struktur bölmələrdən toplanması, yoxlanılması və mərkəzləşdirilmiş bazada konsolidasiyasının təmin edilməsi.
ESG mövzusunda illik və dövri hesabatlar, daxili arayışlar və rəhbərlik üçün təqdimatlar üçün məlumatların strukturlaşdırılması və hazırlanmasında iştirak etmək.
Yerli və beynəlxalq layihələr üzrə ESG risk və imkanlarının ilkin qiymətləndirilməsi üçün analitik məlumatların hazırlanmasına dəstək vermək.
İnvestorlar, maliyyə institutları və tərəfdaşlar tərəfindən göndərilən ESG sorğu formalarına, reytinq və due diligence tələblərinə cavabların hazırlanmasında aidiyyəti bölmələrdən məlumatların toplanmasını və koordinasiyasını təmin etmək.
ESG ilə bağlı daxili prosedur, siyasət və standartların hazırlanması və yenilənməsi prosesində iştirak etmək, aidiyyəti bölmələrə ESG tələbləri barədə izah və dəstək göstərmək.
ESG göstəriciləri üzrə daxili dashboard və hesabat alətlərinin hazırlanması və mütəmadi yenilənməsində iştirak etmək, zərurət olduqda qısa xülasələr və trend analizləri təqdim etmək.
ESG üzrə qanunvericilik və beynəlxalq tələblərdə baş verən dəyişiklikləri izləmək, şirkətin fəaliyyətinə mümkün təsirləri barədə qısa məlumat və tövsiyələr hazırlamaq.
Xüsusi tələblər
Azərbaycan dili (mükəmməl), İngilis (əla) və Rus dilləri (yaxşı),
Microsoft Office və digər proqramlar ESG üzrə beynəlxalq çərçivələr (GRI, SASB, TCFD, CDP, ISSB, CSRD və s.) haqqında biliklər (sertifikatların olması arzuolunandır);
Mədən sektoru üçün aktual olan standart və təşəbbüslər (ICMM prinsipləri, IRMA, Responsible Gold Mining Principles və s.) barədə anlayış, ətraf mühitin mühafizəsi üzrə AR qanunvericiliyi haqqında biliklər;
Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik, problem həlletmə bacarıqları, analitik düşünmə.
Ali təhsil ( İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Ətraf mühit mühəndisliyi, Ekologiya, Beynəlxalq münasibətlər və/və ya digər uyğun ixtisaslar. ESG, dayanıqlılıq və ya korporativ sosial məsuliyyət üzrə əlavə təhsil və ya sertifikatlar üstünlük hesab olunur).
Müvafiq sahə üzrə 3 il iş təcrübəsi (ESG, dayanıqlılıq, ətraf mühit, ESG hesabatlılığı, istixana qazları emissiyaların hesablanması, GHG protokolu, ESG məlumatların toplanması, təhlili, monitorinqi, maraqlı tərəflərlə iş; və ya SƏTƏM, risklərin idarə edilməsi, korporativ idarəetmə sahəsində. Mədən, metallurgiya, neft-qaz və ya digər ağır sənaye sektorunda təcrübə üstünlükdür).