Layihənin sahəyə uyğun olduğuna nəzarət etmək, layihə üzrə smetanın tərtib olunması, podratçılardan təkliflərin alınaraq analizlər edilib aidiyyatı üzrə rəhbərə təqdim etmək;
Yanğın xəbərvermə sistemlərinin quraşdırılması, təmiri,servisi (tüstü və isti detektorları, yanğın nəzarət panelləri və s.) zamanı podratçıların işlərinin təhvil alınması və smetaya uyğun olaraq bu iş həcmlərinə nəzarət;
Mütəmadi olaraq yaşayış binalarında siqnalizasiya sistemlərinə (avtomatik yanğın söndürmə, siqnalizasiya, tüstüsovurma) texniki baxış;
Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan yanğına nəzarət əməkdaşlarına yaşayış binaların siqnalizasiya sistemlərinin təhvil-təslim və test mərhələlərində yaxından iştirak etmək və təhvil-təslim aktlarının hazırlanması;
Rəhbərliyin tapşırıqlarının və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlayaraq təqdim edilməsi.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Xüsusi tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
Autocad, Ofis proqramları (Excel, Word);
Rus dili və ingilis dili arzuolunandır;
Sürətli öyrənən, nizam-intizamlı, enerjili, detallara diqqətcil;