RPA Biznes Analitiki/RPA Business Analyst

Bakı

Azercell

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Avtomatlaşdırma üçün uyğun biznes proseslərini müəyyənləşdirmək, qiymətləndirmək, biznes dəyərini və investisiya gəlirliliyini (ROI) təhlil etmək, həmçinin avtomatlaşdırma layihələri portfelinin idarə olunmasında inkişaf imkanı əldə edəcəksiniz.
  • Proses sahiblərindən tutmuş rəhbər heyətə qədər bütün səviyyələrdə maraqlı tərəflərlə əməkdaşlıq edəcəksiniz.
  • Avtomatlaşdırılmış proseslərlə bağlı riskləri və asılılıqları müəyyənləşdirəcək, idarə edəcək və zəruri hallarda eskalasiya edəcəksiniz.
  • Process Definition Document (PDD) sənədlərinin və texniki komandalarla əməkdaşlıq çərçivəsində Solution Design Document (SDD) sənədlərinin hazırlanmasına dəstək göstərəcəksiniz.
  • İstifadəçi Qəbul Testlərinin (UAT) strategiyasının hazırlanmasında iştirak edəcək və zamanla bu prosesə tam məsuliyyət daşıyacaqsınız.
  • Layihələrin əhatə dairəsi, kompromislər və icra prioritetləri ilə bağlı qərarların qəbulunda iştirak edəcəksiniz.
  • Test və istehsal mühitinə keçid mərhələlərinə nəzarət edərək sistemlərin uğurlu istifadəyə verilməsini təmin edəcəksiniz.
  • Junior əməkdaşlara mentorluq etməklə liderlik bacarıqlarınızı inkişaf etdirəcək və komandanın peşəkar inkişafına töhfə verəcəksiniz.

Xüsusi tələblər

  • Proseslərin xəritələndirilməsi və blok-sxemlərin hazırlanması üzrə biliklər (məsələn, Visio, BPMN əsasları)

  • Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) yüksək səviyyədə işləmək bacarığı

  • Biznesin İdarə Edilməsi, İnformasiya Sistemləri və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (və ya ekvivalent praktiki təcrübə)

  • Detallara yüksək diqqət, aktiv dinləmə və məlumatların idarə olunması bacarıqları

  • Maraqlı tərəflərin (stakeholderlərin) idarə edilməsi bacarıqları 

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 600 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Daşkəsən

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN