Test Üzrə Mühəndis - QA Engineer (IT/Outstaff)

Bakı

Azercell

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Testlərin yazılması, nəzərdən keçirilməsi və müxtəlif test növlərinin həyata keçirilməsi (məsələn, Uyğunluq, Funksional, Qeyri-Funksional və s.);
  • Avtomatlaşdırılmış testlərin layihələndirilməsi və icrası;
  • Müvafiq test üsulu ilə proqram təminatı relizlərinin tələblərə uyğun olaraq test edilməsi;
  • Bir neçə konfiqurasiyalarda yeni və mövcud məhsullar üçün reqressiya testi;
  • Keyfiyyət boşluqlarının müəyyən edilməsi, test skriptlərinin yaradılması, fərdi testlərinin həyata keçirilməsi, test məlumatlarının toplanılması və proqram  səhvləri olduğu zaman əlavə məlumatlarının əldə edilməsi.

Xüsusi tələblər

  • Kompüter Elmləri, Tətbiqi Riyaziyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi

 

Təcrübə: 

  • Java və ya Python üzrə ən azı 1(bir) il praktiki təcrübə
  • Tətbiqi proqramların test edilməsi üzrə 1 (bir) illik praktiki təcrübə

 

Dil bilikləri: 

  • Azərbaycan dili – səlis yazılı və şifahi ünsiyyət bacarığı;  
  • İngilis dili - yuxarı səviyyə, Rus dili - arzu olunandır.

 

Arzu olunan Bacarıqlar:

  • Avtomatlaşdırılma üçün nəzərdə tutulan test alətlərində təcrübə (Selenium Webdriver, Postman, SOAPUI-ReadyAPI);
  • Funksionallıq, etibarlılıq və performans baxımından API testində çox yaxşı bilik və təcrübə;
  • Test üsulları, test alətləri  və test texnologiyaları sahəsində əhəmiyyətli təcrübə;
  • Reqressiya, Sistem, Stress testləri kimi həm funksional, həm də qeyri-funksional testlərlə təcrübə;
  • Unix/Linux ilə işləmək bacarığı;
  • SQL üzrə güclü texniki təcrübə.

 

Üstünlük kimi nəzərə alınacaq:

  • ISTQB/CTFL sertifikatı;
  • Mobil proqramların sınaqdan keçirilməsi üzrə biliklər (İOS və/və ya Android)
  • Daima inkişaf etmək təşəbbüsünün olması;
  • Tənqidi mühakimə qabilyyəti;
  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Açıq fikirli və pozitiv münasibət;
  • Qərarvermə qabiliyyəti

Oxşar vakansiyalar

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN