Şirkətin fəaliyyətindən irəli gələn müxtəlif növ müqavilələrin hazırlanması, hüquqi ekspertizası, razılaşdırılması və icrasının hüquqi müşayiətini həyata keçirmək;
Müqavilə layihələri üzrə danışıqlarda iştirak etmək, hüquqi riskləri müəyyənləşdirmək;
Müqavilələrin Azərbaycan Respublikası qanunvericiliyinə və şirkətin daxili siyasətlərinə uyğunluğunu təmin etmək;
Müqavilələrin icrası zamanı yaranan hüquqi məsələlər üzrə struktur bölmələrə hüquqi dəstək göstərmək;
Korporativ, kommersiya və mülki hüquq məsələləri üzrə hüquqi rəylər hazırlamaq;
Dövlət orqanları, məhkəmələr və digər təşkilatlarla hüquqi yazışmaları hazırlamaq və hüquqi proseslərdə iştirak etmək;
Hüquqi sənədlərin, müqavilələrin və əlaqədar materialların sistemləşdirilməsi, uçotu və arxivləşdirilməsini təmin etmək;
Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək.
Xüsusi tələblər
Hüquq üzrə ali təhsil;
Hüquqşünas vəzifəsində minimum 2 il iş təcrübəsi;
Müqavilə hüququ və müqavilələrin hazırlanması, təhlili, danışıqların aparılması və hüquqi ekspertizası üzrə praktiki təcrübə;
Azərbaycan Respublikasının mülki, kommersiya və korporativ qanunvericiliyi üzrə güclü biliklər;
Hüquqi şəxslərlə iş və biznes münasibətlərinin hüquqi tənzimlənməsi sahəsində təcrübə;
Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Hüquqi sənədlərin hazırlanması və təhlili üzrə yüksək bacarıq;
Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik.