Layihələrin planlaşdırılması, resurs bölgüsü, vaxt qrafiklərinin hazırlanması və icra mərhələlərinin koordinasiyasını təmin etmək;
Layihə proqramı çərçivəsində bir-biri ilə əlaqəli bir neçə layihənin tam icrasını və koordinasiyası prosesini həyata keçirmək;
Layihələrin icrası zamanı yaranan riskləri müəyyənləşdirmək, risk analizləri aparmaq və qabaqlayıcı tədbirlərin həyata keçirilməsini təmin etmək;
Jira, MS Project və digər layihə idarəetmə alətlərindən istifadə etməklə layihə fəaliyyətlərinin monitorinqini aparmaq və yenilənməsini təmin etmək;
Təklif olunan strateji təşəbbüslər və layihələr üzrə ilkin qiymətləndirmələr, məqsədəuyğunluq analizləri və ROI (İnvestisiya Gəlirliliyi) hesablamaları aparmaq;
Xarici tərəfdaşlar, təchizatçılar, məsləhətçilər və həll təminatçıları ilə əməkdaşlıq proseslərini idarə etmək, danışıqlarda iştirak etmək və münasibətlərin effektiv şəkildə qurulmasını təmin etmək.
Xüsusi tələblər
İdarəetmə, iqtisadiyyat, maliyyə, mühəndislik və ya uyğun sahələr üzrə ali təhsil;
Layihələrin idarə edilməsi sahəsində minimum 3-5 il iş təcrübəsi (infrastruktur və ya nəqliyyat sektorunda, həmçinin irimiqyaslı layihələrdə təcrübə üstünlükdür);
Layihə idarəetmə metodologiyaları, risklərin idarə olunması və problemlərin həlli bacarıqları (layihə idarəetmə sertifikatları üstünlükdür);
Jira, MS Project və MS Office proqramlarında yüksək səviyyədə işləmə qabiliyyəti.