Energetika avadanlıqlarının təftişi üzrə böyük mühəndis

Bakı

SOCAR Upstream MI LLC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Elektrik avadanlıqları (generatorlar, transformatorlar, mühərriklər, paylayıcı qurğular, MCC, UPS, kabel xətləri və s.) üzrə planlı və qeyri-planlı texniki yoxlamaların aparılmasını təşkil və icra etmək
  • Enerji təsərrüfatı üzrə risk əsaslı inspeksiya (RBI) və etibarlılıq yönümlü texniki xidmət (RCM) metodologiyalarının tətbiqində iştirak etmək
  • Elektrik sistemləri üzrə ölçmə və sınaqları (izolyasiya müqaviməti, torpaqlama müqaviməti, termoqrafiya, yüklənmə analizi və s.) aparmaq və nəticələrini analiz etmək
  • Aşkarlanmış uyğunsuzluqlar, defektlər və potensial risklər üzrə texniki rəy və tövsiyələr hazırlamaq
  • Qəza və ciddi nasazlıqlar baş verdikdə kök səbəb analizi (RCA) prosesində iştirak etmək və texniki səbəblərin müəyyənləşdirilməsinə töhfə vermək
  • Preventiv və korrektiv texniki xidmət tədbirləri üzrə Planlaşdırma və Texniki Xidmət bölmələri ilə koordinasiyalı işləmək
  • Yoxlama və inspeksiya nəticələrinin SAP PM / CMMS sistemində düzgün və vaxtında qeydiyyatını aparmaq
  • Enerji təsərrüfatı üzrə texniki sənədlərin, protokolların və hesabatların hazırlanması və arxivləşdirilməsini təmin etmək
  • Enerji təchizatı üzrə təhlükəsizlik, etibarlılıq və normativ tələblərə əməl olunmasına nəzarət etmək
  • Yoxlama və inspeksiya nəticələrinə əsasən texniki təkliflər və tövsiyələr vermək
  • Elektrik avadanlıqlarının istismarı ilə bağlı risklərin azaldılması üçün tədbirlərin görülməsini tələb etmək
  • Təhlükəsizlik və etibarlılığa təhdid yaradan hallarda avadanlığın müvəqqəti istismarının dayandırılmasını tövsiyə etmək
  • Texniki xidmət və planlaşdırma bölmələrindən zəruri texniki məlumat və sənədləri tələb etmək
  • Texniki yoxlamalarla bağlı rəhbərliyə hesabat və rəy təqdim etmək
  • Aparılan texniki yoxlamaların və ölçmələrin düzgünlüyünə və obyektivliyinə, elektrik avadanlıqları üzrə risklərin vaxtında aşkar edilməməsindən yaranan potensial təhlükələrə, təhlükəsizlik qaydalarına və istismar normalarına əməl olunmasına cavabdehlik daşımaq

Xüsusi tələblər

  • Energetika, Elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • Minimum 5 il iş təcrübəsi.
  • SAP PM / CMMS sistemləri üzrə istifadəçi səviyyəsində bilik
  • Elektrik ölçmə metodları üzrə bilik və test avadanlıqları ilə işləmək bacarığı
  • Beynəlxalq standartlar üzrə biliklər (xüsusilə IEC 60034 – Elektrik maşınları)

Müraciət üçün son tarix: 11.07.2026
Vakansiyaya maraq göstərən namizədlərdən CV-lərini “Energetika avadanlıqlarının təftişi üzrə böyük mühəndis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN