Mövcud iş yeri:“Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxs
Əməkhaqqı:Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
- Müəssisəyə daxil olan normativ hüquqi aktların, müqavilə və digər sənədlərin hüquqi ekspertizasını aparmaq, qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- Müəssisənin struktur bölmələri tərəfindən hazırlanmış sənədlərin (əmr, məktub, arayış, sorğu, akt və s.) hüquqi baxımdan ekspertizasını həyata keçirmək;
- Daxili normativ sənədlərin hazırlanması, təsdiqi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Qanun pozuntuları aşkar edildikdə araşdırma aparmaq və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Müəssisəni məhkəmə proseslərində və dövlət orqanlarında təmsil etmək, hüquqi maraqlarını müdafiə etmək;
- Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və icrası ilə bağlı məsləhətlər vermək;
- Müəssisənin struktur bölmələrinə hüquqi məsələlər üzrə rəylər təqdim etmək və yeni qəbul edilmiş aktlar barədə məlumatlandırmaq;
- Vətəndaş və təşkilatlardan daxil olan müraciətlərin qanunvericiliyə uyğun şəkildə baxılmasını təmin etmək.