İnformasiya texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi

Bakı

Qarabağ Dirçəliş Fondu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Verilmiş dizaynın HTML 5, CSS 3, Javscript (ES8 və daha yeni) və digər müasir texnologiyaların istifadəsi ilə kodlaşdırılması;
  • Kodlaşdırılmış saytı proqram təminatına geyindirilməsi (templeytinq, twig);
  • Mövcud veb layihələrə texniki və məzmun idarə edilməsi dəstəyi;
  • Saytın kontent hissəsinin ümumi dizayn konseptinə adaptasiyası;
  • Veb-də istifadə edilən şəkil formatları ilə iş və onların optimizasiya edilməsi;
  • Mövcud və yeni hazırlanacaq saytların yeni texnologiyalara uyğunlaşdırılması, minimum 2 il istifadədə olan səyyah versiyaları saytın adaptasiyası və optimizasiyası;
  • Mövcud və yeni hazırlanacaq saytların sürətli açılması üçün məzmunun, istifadə edilən kitabxanaların və keşin optimizasiyası. Google Pagespeed və digər alətlərdə yüksək reytinq yığmasına nail olmaq;
  • Saytın axtarış sistemlərində ilk sıralarda çıxması üçün dəyişikliklərin edilməsi;

Xüsusi tələblər

  • Ali təhsil – bakalavr (mütləq), magistr (arzuolunan)
  • Qeyd: İT sahəsi üzrə təhsil alan namizədlərə üstünlük veriləcək.
Təcrübə:
  • İT sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
  • Arzuolunan iş təcrübəsi – 3 il və ya daha artıq.
Bilik və bacarıqlar:
  • Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
  • Javascript, HTML, CSS, SCSS texnologiya üzrə biliyi;
  • Saytın strukturunun SEO-ya uyğun yığılması bacarığı;
  • Figma ilə işləmə bacarığı;
  • Sosial şəbəkələrdə istifadə olunan teqlər biliyi;
  • Gulp, Grunt, Webpack kimi texnologiya biliyi;
  • Versiyalara nəzarət (version control) ilə işləmə bacarığı;
  • Adaptiv və cavab verən (responsive) strukturun qulurması bacarığı;
  • PHP proqramlaşdırma dilini yaxşı səviyyədə bilməli.
  • Mysql və MongoDB verilənlər bazalaraı üzrə yaxşı biliyə sahib olmalı.
  • Linux server, Veb server, DNS biliyi arzuolunandır.
  • Stressə davamlı olmalı, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı;
  • APİ ilə inteqrasiyanın edilməsini bilməli. Aİ agentlər ilə işləmə bacarığı olmalıdır.
  • Ünsiyyət, kommunikasiya və netvorkinq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Təqdimat bacarıqları;
  • Yeni texnologiyaların öyrənilməsi, tətbiqi və tövhələrin verilməsi.

Oxşar vakansiyalar

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN