Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (FHN DYNX) tərəfindən metropolitenin stansiya və obyektlərində keçirilən planlı və plandankənar, o cümlədən tunellərdə (gecə yoxlamaları) plandankənar yanğın-texniki müayinələrdə iştirak edir;
Təhkim olunmuş obyektlərdə yanğın-texniki baxışlar keçirir və aşkarlanmış uyğunsuzluqlar barədə məlumatları ümumiləşdirir;
Xidmət və struktur bölmələrdə hər il yanğın əleyhinə dövri təkrar təlimatları keçirtmək;
Xidmət və struktur bölmələr tərəfindən metropolitenin bina, sahə, qurğuları üçün yanğın təhlükəsizliyi üzrə yerli təlimatların işlənib hazırlanmasında aktiv iştirak etmək.
Xüsusi tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
Tikinti sahəsində layihələndirmə, beynəlxalq və yerli normativ biliklər;
Texniki sənədlərlə və hesabatlarla işləmək bacarığı;
MS Office proqramlarında işləmə bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və dəqiqlik;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Müvafiq təlim və sertifikatların olması üstünlük hesab olunur.