- Ali təhsil (Biznes inzibatçılığı və ya İT sahəsində təhsilə üstünlük verilir);
- Yüksəs analitik təhlil və doğru tələb formalaşdırma bacarığı;
- Operativ qərarvermə bacarığı və punktuallıq;
- Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;
- BRD, SRS və analiz sənədlərinin hazırlanmasında bilik və təcrübə;
- BPMN və UML diaqramları ilə iş təcrübəsi;
- Eskiz (wireframe) tərtibatı alətləri ilə iş təcrübəsi;
- Task management alətləri ilə iş təcrübəsi (Azure Boards, Jira və s.)
- Azərbaycan dilinin normalarına uyğun rəsmi yazışmalar və sənədləşdirmə aparmaq bacarığı;
- SCRUM bilikləri və komanda ilə iş təcrübəsi; MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür);
- MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür);
- İlkin səviyyə API və SQL bilikləri;
- Orta səviyyə UI/UX bilikləri;
- Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (texniki sənədlərin anlamaq və ünsiyyət üçün kifayət edəcək səviyyədə) | Rus dili arzuolunandır;
- Proqram təminatı layihələrində minimum 1 il İT biznes analitik və yaxud məhsul sahibi kimi iş təcrübəsi;
- Proqram təminatının hazırlanması mərhələləri (SDLC) və onlara dair biliklər;
- Müasir texnologiyalar və trendlərdən xəbərdar olmaq;
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı, şifahi ünsiyyət qurmaq bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Müraciət qaydası
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 avqust 2026-cı
il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Biznes analitik
(Junior)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlərin
namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin
növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.