Fit-out, metal konstruksiya və digər tamamlayıcı tikinti işlərinin təsdiq edilmiş layihə sənədləri, texniki spesifikasiyalar və işçi çertyojlara uyğun icrasına gündəlik nəzarət etmək;
Tikinti sahəsində aparılan işlərin keyfiyyətini, ardıcıllığını və layihə qrafikinə uyğunluğunu təmin etmək;
Subpodratçıların, ustaların və sahə işçilərinin fəaliyyətini koordinasiya etmək, görülən işlərin icrasını nəzarətdə saxlamaq;
Gündəlik iş planlarının hazırlanmasında iştirak etmək və işlərin plan üzrə icrasını izləmək;
Materialların qəbulunu yoxlamaq, onların keyfiyyətinə, düzgün saxlanmasına və səmərəli istifadəsinə nəzarət etmək;
Görülmüş işlərin həcmini ölçmək, yerinə yetirilmiş işləri təsdiqləmək və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
Sahədə yaranan texniki problemləri operativ şəkildə müəyyən etmək, həlli üçün layihə rəhbərliyi və aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
Memarlıq, konstruksiya, MEP və digər əlaqəli işlər arasında koordinasiyanı təmin etmək və işlərin ardıcıllığını izləmək;
Tikinti norma və qaydalarına, texniki standartlara, layihə tələblərinə və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etmək;
Gündəlik və həftəlik görülən işlər üzrə hesabatlar hazırlamaq, fotohesabatlar təqdim etmək və layihə rəhbərliyini görülən işlər barədə mütəmadi məlumatlandırmaq;
Layihədə istifadə olunan materiallar, avadanlıqlar və resursların səmərəli istifadəsinə nəzarət etmək;
Zəruri hallarda sifarişçi, texniki nəzarətçi və digər tərəflərlə keçirilən sahə baxışlarında və iclaslarda iştirak etmək;
Layihənin vaxtında və keyfiyyətlə tamamlanması üçün digər struktur bölmələri ilə sıx əməkdaşlıq etmək.
Xüsusi tələblər
İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
İncə işlər və metal konstruksiya işləri üzrə 5+ il sahə təcrübəsi;
Layihə və texniki çertyojları oxuma bacarığı;
Tikinti norma və standartları barədə bilik;
MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı.