Təmir şöbəsinin rəhbəri

Qaradağ

Premium Mining

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Cəmiyyətin nəqliyyat vasitələri, xüsusi texnikaları üzrə cari, planlı və korrektiv texniki xidmət və təmir işlərini planlaşdırmaq, təşkil etmək və idarə etmək.
  • İllik, aylıq və həftəlik texniki xidmət planlarını hazırlamaq, icrasına nəzarət etmək və yerinə yetirilməsini təmin etmək.
  • Təmir sahəsinin gündəlik fəaliyyətini təşkil etmək, təmir heyətinin işini əlaqələndirmək və iş bölgüsünü həyata keçirmək.
  • Texniki nasazlıqların diaqnostikasını təşkil etmək, kök səbəb analizləri aparmaq və təkrarlanan nasazlıqların qarşısının alınması üzrə tədbirlər həyata keçirmək.
  • Texnika və nəqliyyat vasitələrinin texniki hazırlıq səviyyəsini, etibarlılığını və fasiləsiz istismarını təmin etmək.
  • Texniki xidmət və təmir işlərinin keyfiyyətinə, müddətinə və müəyyən edilmiş texniki standartlara uyğun yerinə yetirilməsinə nəzarət etmək.
  • Ehtiyat hissələri, texniki materiallar, yağlayıcı materiallar və xüsusi alətlər üzrə tələbatı planlaşdırmaq, onların səmərəli istifadəsinə və ehtiyatlarının idarə olunmasına nəzarət etmək.
  • Təmir işlərinin xərc effektivliyini təmin etmək, resurslardan səmərəli istifadəni təşkil etmək və optimallaşdırma tədbirləri hazırlamaq.
  • Təmir sahəsində SƏTƏM, ISO 9001, ISO 45001, istehsalçı tələbləri və daxili prosedurların tətbiqini təmin etmək.
  • Təmir büdcəsinin icrasına nəzarət etmək, xərcləri təhlil etmək və optimallaşdırılması üzrə rəhbərliyə təkliflər vermək.
  • Təmir fəaliyyətinə dair əsas performans göstəricilərini (KPI) izləmək, təhlil etmək və Nəqliyyat və Təmir Departamentinin Direktoruna dövri hesabatlar təqdim etmək.
  • Yeni texnika və avadanlıqların qəbulunda texniki ekspertiza aparmaq, istismara qəbul prosesində iştirak etmək və texniki uyğunluğu qiymətləndirmək.
  • Təmir proseslərinin rəqəmsallaşdırılması, avtomatlaşdırılması və davamlı təkmilləşdirilməsi üzrə təşəbbüslər hazırlamaq və həyata keçirmək.


İş şəraiti:

  • İş yeri: Qaradağ r-nu, Ümid qəsəbəsi, Səngərqaya 7-ci km
  • İş qrafiki: 6 günlük, iş vaxtı 
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Servis, Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.

Xüsusi tələblər

  • Ali texniki təhsil
  • Nəqliyyat şöbəsinin rəisi kimi minimum 5 il iş təcrübəsinin olması.
  • Office proqramlarını yaxşı bilməli,

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Hacıqabul

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 600 AZN

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN