Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyi və beynəlxalq standartlara (IFRS) uyğun aparılmasını təmin etmək;
Mühasibat sənədləri və ilkin uçot məlumatlarını düzgün tərtib etmək;
Bank və kassa əməliyyatlarını, mal-material ehtiyatlarını və əsas vəsaitlərin tam uçotu və hərəkəti ilə bağlı əməliyyatları vaxtlı-vaxtında mühasibat uçotunda əks etdirmək;
Debitor və kreditorların uçotu və üzləşmələrinin dövri aparılmasını təmin etmək;
Əmək haqqı və ona bərabər tutulan ödənişlərin hesablanmasını təmin etmək;
ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrin və Statistika hesabatlarının hazırlanması üçün lazımi məlumatları təmin etmək;
Gəlir və xərclərin hesablanması və xərc mərkəzləri arasında düzgün bölüşdürülməsini təmin etmək;
İnvoys, e-qaimə və digər lazımi sənədlərin vaxtında hazırlanması, sistemə işlənməsi və göndərilməsini təmin etmək.
Xüsusi tələblər
Maliyyə, mühasibat uçotu, audit, biznes və ya əlaqəli sahələr üzrə ali bakalavr təhsili;
Vergi qanunvericiliyi və mühasibat uçotu sahəsində yüksək biliklər;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
MS Office və ERP proqramlarında işləmə bacarığı;
Riyazi hesablama aparma, analitik təhlil etmə bacarığı