Mağazalar üzrə menecer (Yves Rocher)

Bakı

INEO GROUP

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mağazaların gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək; 
  • Yeni mağaza açılışı və mağaza bağlanışı proseslərinin düzgün icrasını təmin etmək; 
  • Məhsulların düzgün qəbuluna, yerləşdirilməsinə, qablaşdırılmasına və inventarizasiyasına nəzarət etmək; 
  • Mağaza və anbar sahələrinin təmizliyinə, səliqəsinə və standartlara uyğunluğuna nəzarət etmək; 
  • Mağaza vitrinlərinin və merçendayzinq standartlarının daim qorunmasını təmin etmək; 
  • Kampaniyalar üzrə çap materiallarının, loyallıq kartlarının, hədiyyə kartlarının və digər satış materiallarının mağazalarda mövcudluğunu təmin etmək; 
  • Tester məhsulların vaxtında açılmasına və düzgün istifadəsinə nəzarət etmək; 
  • Son istifadə müddəti yaxınlaşan məhsullar üzrə monitorinq aparmaq və hesabat hazırlamaq; 
  • Sayım və audit proseslərində iştirak etmək, nəticələr üzrə hesabatlar hazırlamaq; 
  • Məhsul qalığı və stok uyğunsuzluqlarını araşdırmaq və rəhbərliyə məlumat vermək; 
  • Mağazalararası və mağaza-anbar transferlərinin düzgün icrasına nəzarət etmək; 
  • Kamera görüntülərinə nəzarət edərək təhlükəsizlik və daxili qayda pozuntularını izləmək; 
  • Yeni əməkdaşların adaptasiya prosesini təşkil etmək və iş prosesinə inteqrasiyasını təmin etmək; 
  • Əməkdaşların davamiyyətinə, xarici görünüşünə və daxili intizam qaydalarına riayət etməsinə nəzarət etmək; 
  • İş qrafiklərini hazırlamaq və HR departamenti ilə koordinasiyalı şəkildə idarə etmək; 
  • Uniforma və iş üçün zəruri ləvazimatların təmin olunmasına nəzarət etmək; 
  • Kassa əməliyyatlarının və staff endirimlərinin düzgün tətbiqinə nəzarət etmək; 
  • Mağazada yaranan texniki və təchizat problemlərinin həllini təşkil etmək; 
  • Aylıq fəaliyyət hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək; 
  • Şirkətdaxili iclas və korporativ tədbirlərdə iştirak etmək.

Xüsusi tələblər

  • Xanım namizədlər;
  • Mağazalar üzrə menecer və ya oxşar vəzifədə pərakəndə satış sahəsində minimum 5 il təcrübə (kosmetika/FMCG üstünlükdür);
  • Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
  • Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Daşkəsən

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN