Korporativ, icma və tərəfdaş tədbirlərini planlaşdırmaq və təşkil etmək.
Tədbirlər təqvimini hazırlamaq və bütün hazırlıq mərhələlərinin vaxtında icrasını təmin etmək.
Tədbirin konsepsiyasını, formatını, tarixini, məkanını, proqramını və texniki təşkilati məsələlərini koordinasiya etmək.
Tədbir məkanlarını, xidmət təminatçılarını, tərəfdaşları və trenerləri seçmək və onlarla əməkdaşlığı idarə etmək.
Tədbir büdcəsini hazırlamaq, kommersiya təkliflərini toplamaq və xərclərə nəzarət etmək.
Tədbirin məqsədinə uyğun influencerləri, bloqqerləri, ekspertləri və brend səfirlərini müəyyənləşdirmək və onlarla əməkdaşlıq qurmaq.
Əməkdaşlıq şərtlərini, o cümlədən ödənişli əməkdaşlıq, barter, hazırlanacaq kontent, Stories, Reels və tədbirdə iştirak şərtlərini razılaşdırmaq.
Tədbirdən əvvəl, tədbir zamanı və tədbirdən sonra influencerlərlə və digər tərəfdaşlarla bütün kommunikasiya prosesini idarə etmək.
Satış, marketinq, SMM və dizayn komandaları ilə sıx əməkdaşlıq etmək.
Tədbirlə bağlı elanlar, sosial media paylaşımları, reklam materialları və digər kommunikasiya vasitələri üçün zəruri məlumatları aidiyyəti komandalara təqdim etmək.
İştirakçı qeydiyyatını, qonaq siyahılarını və tədbirdən əvvəlki kommunikasiya prosesini idarə etmək.
Tədbir zamanı prosesə nəzarət etmək, yaranan məsələləri operativ həll etmək və tədbirin uğurla həyata keçirilməsini təmin etmək.
Tədbirdən sonra iştirakçı sayı, iştirak faizi, büdcə, potensial müştərilər, satış nəticələri, influencer fəaliyyəti, hazırlanmış kontent, iştirakçı rəyləri və inkişaf imkanları üzrə hesabat hazırlamaq.
Tədbirlərin nəticələrini təhlil etmək və gələcək tədbirlərin daha effektiv təşkili üçün təkliflər vermək.
Xüsusi tələblər
Tədbirlərin təşkili sahəsində minimum 2 il iş təcrübəsi.
Ən azı 50–150 nəfərlik tədbirlərin təşkilində praktiki təcrübə.
Influencer Marketing sahəsində bilik və influencerlərlə əməkdaşlıq təcrübəsi.
Tədbir məkanları, xidmət təminatçıları və tərəfdaşlarla işləmək təcrübəsi.
Büdcənin hazırlanması və xərclərə nəzarət bacarığı.
Əməkdaşlıq, tərəfdaşlıq və barter şərtləri üzrə uğurlu danışıqlar aparmaq bacarığı.
Tədbirlərin marketinq və biznes məqsədlərini başa düşmək və bu məqsədlərə uyğun fəaliyyət göstərmək bacarığı.
Eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.
Güclü təşkilatçılıq, ünsiyyət, koordinasiya və problem həll etmə bacarıqları.
Məsuliyyətlilik, operativlik və detallara diqqətlilik.
Fitness, wellness, idman, sağlam həyat tərzi və ya icma layihələri üzrə təcrübə üstünlük hesab olunur.
Ünvan: Bakı şəhəri, Qurban Abbasov 5, Bayıl Bay Kempinski