Biznes analitik

Bakı

Bank Avrasiya

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bankın mövcud biznes proseslərinin analiz edilməsi, effektivliyinin qiymətləndirilməsi və optimallaşdırılması üçün təkliflərin hazırlanması;
  • Yeni bank məhsulları, xidmətləri və daxili prosedurları üçün biznes tələblərinin toplanması, strukturlaşdırılması və sənədləşdirilməsi;
  • Biznes proseslərin "As-Is" (Mövcud vəziyyət) və "To-Be" (Gələcək vəziyyət) modellərinin vizuallaşdırılması və xəritələndirilməsi;
  • İT və digər daxili strukturlarla (Risk, Hüquq, Komplayens və s.) birlikdə layihələrin icrasında koordinasiyanın təmin edilməsi;
  • Yeni tətbiq olunan sistemlərin və funksionallıqların istifadəçi testlərində iştirak etmək və prosesin biznes tələblərinə uyğunluğunu yoxlamaq;
  • Biznes proseslərin effektivliyini ölçmək üçün KPI-ların müəyyən edilməsində iştirak.

Xüsusi tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Menecment, Biznesin idarə edilməsi və ya İT sahəsində)
  • Bank və ya bank olmayan kredit təşkilatlarında biznes analitik və ya proseslərin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi
  • Biznes proseslərin modelləşdirilməsi standartları barədə dərin biliklər;
  • MS Office proqramlarının bilikləri
  • MS Visio və ya digər proses xəritələndirmə alətlərində sərbəst işləmək bacarığı
  • SQL bilikləri və Excel-də yüksək səviyyədə işləmək bacarığı üstünlükdür
  • Azərbaycan dilində mükəmməl yazı və şifahi nitq
  • Rus və ingilis dili bilikləri arzuolunandır
  • Analitik düşüncə tərzi və detallara diqqət yetirmə bacarığı
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq 
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 700 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN