Dispetçer

Goranboy

Gilan & Knauf

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qaimələrin düzgün və vaxtında tərtib olunması;
  • Məhsulların yüklənməsi və göndərişi zamanı müvafiq sənədlərin hazırlanması;
  • QR kodların skan olunmasını və məlumatların sistemdə düzgün qeydiyyata alınmasını təmin etmək;
  • Yüklənmə prosesi zamanı nəzarəti həyata keçirmək;
  • Yüklənən məhsulların qaimə və digər müşayiətedici sənədlərlə uyğunluğunu yoxlamaq;
  • Logistika və anbar əməliyyatları ilə bağlı məlumatların operativ şəkildə qeydiyyatını aparmaq;
  • Müvafiq şöbələrlə koordinasiyalı şəkildə işləmək və yaranan məsələlərə operativ reaksiya vermək.
İş şəraiti:
  • İş saatı: 08:00 – 17:00
  • İş yeri: Gilan&Knauf
  • Şirkət tərəfindən yemək və nəqliyyat təmin edilir.

Xüsusi tələblər

  • Ali və ya orta ixtisas təhsili (İqtisadiyyatla əlaqəli olması üstünlükdür);
  • Dispetçer, logistika, anbar və ya sənədləşmə sahəsində iş təcrübəsi;
  • Rus dilini bilmək mütləqdir;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmə bacarığı;
  • Qaimələrin yazılması və sənədlərlə işləmə bacarığı;
  • 1C proqramınd işləmək bacarığı
  • Məsuliyyətli, diqqətli, operativ və təşkilatçılıq bacarığına malik olmaq;
  • Goranboy rayonunda yaşamaq.


Müraciət üçün:
CV-nizi [email protected] ünvanına göndərə və ya (010) 253 02 04 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Müraciət etmək üçün: [email protected]
CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN