Mühasib

Bakı

Aqrar Kredit

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mühasibat uçotu üzrə maliyyə əməliyyatlarının qeydiyyatının aparılmasını və müvafiq şəkildə əks etdirilməsini təmin etmək;
  • Mühasibat uçotu üzrə məlumatların, o cümlədən ilkin sənədlərin hazırlanmasında və işlənməsində iştirak etmək;
  • Debitor və kreditor hesablaşmalarının uçotunun aparılmasında iştirak etmək;
  • Mühasibat uçotu üzrə sənədlərin düzgün tərtibatını və saxlanılmasını təmin etmək;
  • Mühasibat əməliyyatlarının balans və balansdankənar hesablarda müxabirləşmələrinin düzgün və vaxtında əks etdirilməsini təmin etmək;
  • Kreditin verilməsi və ödənişi ilə bağlı bütün müxabirləşmə əməliyyatlarını və digər zəruri işləri yerinə yetirmək;
  • “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin tələblərinə uyğun olaraq hesabat hazırlamaq;
  • Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun olaraq hesabat hazırlamaq;
  • Aidiyyəti şöbələr ilə qalıqları üzləşdirmək;
  • Maliyyə əməliyyatları üzrə çirkli pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tələblərə riayət etmək;
  •  Rəhbərlik tərəfindən tələb olunan hesabatları vaxtında yerinə yetirmək;
  •  Şöbə müdirinin və digər rəhbər şəxslərin tapşırıqlarını icra etmək.

Xüsusi tələblər

  • Maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat üzrə ali təhsilə malik olmaq;
  • Mühasibat uçotu, maliyyə və ya audit sahəsində ən azı 1 il əmək stajına malik olmaq;
  • Mühasibat sənədlərinin hazırlanması və işlənməsi üzrə bilik və bacarıqlara malik olmaq;
  • Mühasibat uçotu, maliyyə əməliyyatları və ya audit üzrə beynəlxalq kvalifikasiyası və sertifikatı olan şəxslərə üstünlük verilir;
  • Hesabatları vaxtında tərtib etmək və icra etmək bacarığına malik olmaq;
  • Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis dilini orta səviyyədə bilmək;
  • Yüksək kompüter səriştəsinə, xüsusən Microsoft Excel proqramı ilə iş sahəsində peşəkar vərdişlərə malik olmaq;
  • Tapşırıqları son icra tarixinədək yerinə yetirmək qabiliyyətinə malik olmaq;
  • Komanda ruhu, məsuliyyətlilik və çeviklik nümayiş etdirmək.

Oxşar vakansiyalar

 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN