Keyfiyyətə nəzarət üzrə aparıcı mühəndis

Bakı

Rəqəmsal Maliyyə Mərkəzi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • ⁠Manual və avtomatlaşdırılmış test proseslərinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
  • ⁠Layihələr üzrə test strategiyası və keyfiyyətə nəzarət yanaşmalarını hazırlamaq;
  • ⁠Test Plan, Test Strategy və digər QA sənədlərinin hazırlanmasını təmin etmək;
  • ⁠UI, API və End-to-End testlərinin avtomatlaşdırılmasını həyata keçirmək və inkişaf etdirmək;
  • ⁠Avtomatlaşdırılmış testlərin CI/CD proseslərinə inteqrasiyasını təmin etmək;
  • Test əhatə dairəsinin (Test Coverage) artırılması və test proseslərinin optimallaşdırılması istiqamətində təşəbbüslər göstərmək;
  • Manual test ssenarilərinin avtomatlaşdırılması üzrə prioritetləri müəyyən etmək;
  • Buraxılışdan əvvəl keyfiyyət risklərini qiymətləndirmək və onların minimuma endirilməsini təmin etmək;
  • ⁠Aşkarlanmış qüsurlar üzrə kök səbəb analizini (Root Cause Analysis) aparmaq;
  • QA metriklərini hazırlamaq və rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək;
  • Komanda üzvlərinə metodoloji və texniki dəstək göstərmək, bilik paylaşımını təşkil etmək;
  • Yeni test alətləri və texnologiyalarını araşdırmaq və tətbiq etmək;
  • Layihə rəhbərləri, analitiklər və proqramçılarla sıx əməkdaşlıq edərək məhsulun keyfiyyətinin təmin olunmasına nəzarət etmək.

Xüsusi tələblər

  • ⁠⁠İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil;
  • QA sahəsində minimum 3 il iş təcrübəsi;
  • Automation Testing sahəsində minimum 1 il praktiki təcrübə;
  • SDLC, STLC və Agile metodologiyaları üzrə dərin biliklər;
  • Test strategiyasının hazırlanması və tətbiqi təcrübəsi;
  • Java, JavaScript, TypeScript və ya C# proqramlaşdırma dillərindən ən azı biri üzrə praktiki bilik;
  • Playwright, Selenium, Cypress və ya analoji test avtomatlaşdırma alətləri ilə işləmə təcrübəsi;
  • REST API testlərinin avtomatlaşdırılması üzrə təcrübə;
  • SQL üzrə yaxşı biliklər;
  • Git və Git Flow ilə işləmə bacarığı;
  • Jenkins, GitLab CI, GitHub Actions və ya digər CI/CD platformaları ilə işləmə təcrübəsi;
  • ⁠Test framework-lərinin qurulması və inkişaf etdirilməsi təcrübəsi;
  • Allure Report və ya analoji hesabatlaşdırma alətləri ilə işləmə təcrübəsi üstünlük hesab olunur;
  • Docker və konteyner texnologiyaları üzrə baza bilikləri üstünlük hesab olunur;
  • Performans testləri (JMeter, k6 və s.) üzrə biliklər üstünlük hesab olunur;
  • ⁠Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı;
  • Komandaya metodoloji dəstək və mentorluq bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində texniki sənədlərlə işləyə biləcək səviyyədə bilik.

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN