Namizəd aşağıdakı ixtisaslardan biri üzrə minimum magistr təhsilinə malik olmalıdır:
- Mühasibat;
- Mühasibat uçotu və audit;
- Maliyyə;
- İqtisadiyyat;
- Biznesin idarə edilməsi (maliyyə və mühasibat istiqaməti üzrə);
- Vergi və vergiqoyma;
- Digər yaxın iqtisadi ixtisaslar.
Aşağıdakılar üstünlük hesab edilir:
- Fəlsəfə doktoru (PhD) və ya elmlər doktoru elmi dərəcəsi;
- ACCA, CIMA, CPA, DipIFR, CAP/CIPA və ya digər beynəlxalq peşəkar sertifikatlara malik olmaq;
- Xarici universitetlərdə təhsil və ya akademik fəaliyyət təcrübəsi.
İş təcrübəsi
- Ali təhsil müəssisəsində minimum 2 ilpedaqoji fəaliyyət təcrübəsi;
- Mühasibat uçotu, audit, maliyyə, vergi və ya konsaltinq sahəsində praktiki iş təcrübəsi üstünlük hesab edilir;
- Tədris proqramlarının və metodik vəsaitlərin hazırlanması təcrübəsi arzuolunandır;
- Elmi layihələrdə və beynəlxalq proqramlarda iştirak təcrübəsi üstünlükdür.
Peşəkar biliklər
- Maliyyə uçotu və idarəetmə uçotu;
- Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS/IFRS);
- Milli Mühasibat Uçotu Standartları;
- Audit və daxili audit;
- Vergi sistemi və vergi uçotu;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili;
- Xərclərin uçotu və büdcələşdirmə;
- Mühasibat informasiya sistemləri;
- Korporativ maliyyə və maliyyə təhlili;
- İqtisadi təhlil və statistik metodlar;
- Mühasibat uçotunu tənzimləyən normativ-hüquqi aktlar;
- Ali təhsil üzrə normativ hüquqi sənədlər.
Peşəkar bacarıqlar
- Müasir tədris metodlarından və rəqəmsal texnologiyalardan istifadə etmək bacarığı;
- Maliyyə və mühasibat hesabatlarının hazırlanması və təhlili;
- Mühasibat proqram təminatları ilə işləmək bacarığı;
- Elmi-tədqiqat və akademik yazı bacarığı;
- Analitik və tənqidi düşünmə;
- Təqdimat və effektiv ünsiyyət bacarığı;
- Tələbəyönümlü yanaşma və mentorluq bacarığı;
- Komandada işləmək və təşkilatçılıq bacarığı;
- Problemlərin operativ həlli və qərarvermə bacarığı.
Dil bilikləri
- Azərbaycan dilini sərbəst bilmək;
- İngilis dilini ən azı B2səviyyəsində bilmək arzuolunandır;
- Rus dilini bilmək üstünlük hesab edilir.
Kompüter bilikləri
- Microsoft Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək;
- LMS platformaları (Moodle, Blackboard, Canvas və s.) ilə işləmək bacarığı;
- 1C, SAP, Oracle Financials, Microsoft Dynamics, Logo, ERP sistemləri və digər mühasibat proqramlarından ən azı biri ilə işləmək bacarığı üstünlük hesab edilir;
- Elektron bəyannamə, e-qaimə, e-faktura və digər rəqəmsal maliyyə platformaları barədə biliklər;
- Elmi məlumat bazaları (Scopus, Web of Science, Google Scholar və s.) ilə işləmək bacarığı.
Digər zəruri meyarlar
- Akademik və peşə etikasına riayət etmək;
- Elmi fəaliyyətə və davamlı peşəkar inkişafa yüksək motivasiya;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və yüksək təşkilatçılıq qabiliyyəti;
- Tələbəyönümlü və innovativ yanaşma;
- Vaxtın səmərəli idarə olunması;
- Təhsil–biznes əməkdaşlığının inkişafına töhfə vermək bacarığı;
- Yerli və beynəlxalq elmi layihələrdə, qrant proqramlarında və peşəkar təşkilatların fəaliyyətində iştirak təcrübəsi üstünlük hesab edilir;
- Scopus, Web of Science və digər beynəlxalq indeksli elmi jurnallarda nəşrlərin olması, habelə beynəlxalq akkreditasiya və peşəkar sertifikatlaşdırma proseslərində iştirak təcrübəsi üstünlük hesab olunur.