Müştərilərin texniki tələblərini təhlil etmək və uyğun həllər hazırlamaq;
Satış komandası ilə birlikdə layihələrin texniki hissəsini hazırlamaq və texniki dəstək göstərmək;
Texniki spesifikasiyalar, layihə həlləri, kommersiya təklifləri və təqdimatlar hazırlamaq;
Müştərilər, layihə təşkilatları və tərəfdaşlarla texniki görüşlərdə iştirak etmək;
Məhsulların demo təqdimatlarını və texniki təqdimatlarını keçirmək;
Xarici vendorlar və istehsalçılarla texniki yazışmalar və görüşlər aparmaq;
Yeni məhsul və texnologiyaların öyrənilməsi, daxili komandanın texniki məlumatlandırılması və təlimlərdə iştirak etmək;
Layihələrin texniki uyğunluğunu qiymətləndirmək və optimal avadanlıq seçimini həyata keçirmək.
Xüsusi tələblər
Elektronika, İnformasiya Texnologiyaları, Telekommunikasiya, Avtomatika və ya digər müvafiq texniki ixtisas üzrə ali təhsil;
Pre-Sales mühəndisi, Sistem mühəndisi, Layihə mühəndisi və ya texniki satış sahəsində minimum 2 il iş təcrübəsi;
Zəif axın sistemləri (CCTV, IP Video Müşahidə, Girişə Nəzarət Sistemləri (ACS), Yanğın Siqnalizasiya Sistemləri, İctimai Səsli Xəbərdarlıq (PA), Domofon, Perimetr Mühafizə Sistemləri və digər ELV sistemləri) üzrə praktiki bilik və təcrübə;
Şəbəkə avadanlıqları (Switch, Router, Wireless, Fiber Optic həllər) haqqında biliklər;
Texniki layihələrin oxunması və spesifikasiyaların hazırlanması bacarığı;
Microsoft Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı;
Analitik düşünmə, problem həll etmə və təqdimat bacarıqları;
Komanda ilə işləmək və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı.
Dil bilikləri
Azərbaycan dili– sərbəst;
Rus dili– sərbəst (işgüzar yazışma və texniki təqdimatlar səviyyəsində);
İngilis dili–Upper-Intermediate (B2)və ya daha yüksək səviyyədə (texniki sənədlərlə işləmək, vendorlarla yazışmaq və görüşlərdə iştirak etmək üçün).