Vakansiyanın detalları

Vakansiyanın təsviri

Azərbaycan Universiteti Riyaziyyat və İnformatika kafedrası aşağıdakı ixtisaslar üzrə müəllim vəzifəsinə namizədlərin müraciətlərini qəbul edir:

  • Kompüter mühəndisliyi
  • İnformasiya Texnologiyaları
  • İnformasiya təhlükəsizliyi


  • Tədris planına uyğun olaraq mühazirə, seminar və laboratoriya məşğələlərinin keçirilməsi;
  • Fənn proqramlarının, sillabusların və digər tədris materiallarının hazırlanması və yenilənməsi;
  • Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi;
  • Elmi-tədqiqat fəaliyyətində iştirak etmək və elmi məqalələrin hazırlanmasına töhfə vermək;
  • Kafedranın akademik və təşkilati fəaliyyətində iştirak etmək;
  • Tədris prosesində müasir informasiya texnologiyaları və innovativ təlim metodlarından istifadə etmək;
  • Universitetin daxili qayda və prosedurlarına riayət etmək.

Xüsusi tələblər

  • Kompüter mühəndisliyi, İnformasiya Texnologiyaları və ya İnformasiya təhlükəsizliyi ixtisasları üzrə ali təhsil;
  • Magistr dərəcəsi (doktorantura və ya elmi dərəcənin olması üstünlükdür);
  • Ali təhsil müəssisəsində pedaqoji və ya müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür;
  • İngilis dilini yüksək səviyyədə bilməsi (tədris apara biləcək səviyyədə olması üstünlükdür);
  • Müasir informasiya texnologiyaları və sahə üzrə proqram təminatları ilə işləmə bacarığı;
  • Elmi-tədqiqat fəaliyyətində iştirak və elmi nəşrlərin olması üstünlük hesab edilir;
  • Güclü ünsiyyət, təqdimat, komanda ilə işləmək və analitik düşünmə bacarıqları;
  • Məsuliyyətli, təşəbbüskar və peşəkar etik davranış prinsiplərinə sadiq olmaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN