Havalandırma, isitmə və soyutma sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
Sənaye təyinatlı və digər bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları aparmaq;
Avadanlıqların seçilməsi, avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini aparmaq;
Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata keçirmək;
Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
Müxtəlif təyinatlı tikili və təmir işlərinin HVAC cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə təmin etmək;
Təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata keçirmək;
Faktiki işlərin gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və həmin düzəlişlər barədə aidiyyəti şöbələrə məlumat vermək;
Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək, layihəni müdafiə etmək.
Xüsusi tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması;
AutoCAD və digər layihələndirmə proqramlarında sərbəst işləmə bacarığı;
Normativ sənədlər və layihə standartları haqqında biliklər;
Sahə ölçmələri və texniki çertyojlar ilə işləmək bacarığı;
İnşaat sahəsi üzrə texnoloji ardıcıllıqlar üzrə biliklərin olması.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı şəhəri;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.