Aylıq, rüblük və illik hesabatlarının hazırlanması;
Fondun törəmə müəssisələrinin büdcələrinin hazırlanması, rüblük icrasına nəzarət edilməsi və müvafiq hesabatların hazırlanması;
Fondun törəmə müəssisələrinə mühasibatlıq xidmətləri göstərən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi;
Fondun törəmə müəssisələrinin mühasibat uçotu sənədlərinin və illik maliyyə hesabatlarının nəzərdən keçirilməsi;
Audit prosesində tələb olunan məlumat və sənədlərin təqdim edilməsi, habelə müvafiq hesabatların hazırlanmasına dəstək göstərilməsi;
Fondun törəmə müəssisələrinin illik konsolidə edilmiş maliyyə hesabatlarının auditinin təşkili, əlaqələndirilməsi və nəticələrinin təhlil edilməsi;
Alternativ investisiya pay fondlarından daxil olan ödəniş bildirişlərinin, mənfəətin bölüşdürülməsi bildirişlərinin və kapital hesabından çıxarış sənədlərinin mühasibat uçotu məqsədləri üçün nəzərdən keçirilməsi;
Öz vəzifə səlahiyyətləri daxilində investisiyalar üzrə mühasibin fəaliyyətinin əlaqələndirilməsi və nəzarət edilməsi;
Departament direktorunun tapşırığı ilə departamentin məqsəd və funksiyalarına aid digər vəzifə və öhdəliklərin yerinə yetirilməsi.
Xüsusi tələblər
Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) və mühasibat üçotunun aparılması üzrə bilik və praktiki təcrübə;
Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması və/və ya nəzərdən keçirilməsi üzrə təcrübə;
Təhsil səviyyəsi:Bakalavr
İxtisas:Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil. Magistr təhsili üstünlükdür;
Sertifikatlaşma:ACCA imtahanları üzrə sertifikatların olması üstünlükdür.
Müvafiq sahə üzrə təcrübə:4-6
İngilis dili bilik səviyyəsi:Yüksək səviyyə
Səriştələr:Peşəkar ekspertiza, Hərəkətə meyllilik, Məsuliyyət və hesabatlılıq