Şirkətin daxili satınalma prosedur və qaydalarına uyğun olaraq satınalma proseslərinin tam dövrünü icra etmək;
Tender və qiymət sorğularını təşkil etmək və idarə etmək;
Təchizatçıları seçmək və qiymətləndirmək;
Müqavilə layihələrinin hazırlanmasına və icrasına nəzarət etmək;
Bazar araşdırmalarını aparmaq və xərcləri optimallaşdırmaq;
Təchizatçılarla sənədləşmə prosesini idarə etmək, müqavilələr, əlavə razılaşmalar və digər rəsmi sənədlərin hazırlanması, razılaşdırılması və uçotunu təmin etmək;
Müqavilələrin qüvvədə olma müddətlərini və şərtlərini izləmək, müqavilə tələblərinə uyğunluğunu təmin etmək;
Təchizatçılarla danışıqlar aparmaq və kommersiya şərtlərini effektiv şəkildə razılaşdırmaq;
Satınalma risklərini idarə etmək;
Rəhbərlik üçün analitik hesabatları hazırlamaq və təqdim etmək.
Xüsusi tələblər
Satınalma, tender və müqavilə prosedurlarını dərindən bilmə;
Təchizatçılarla effektiv danışıqlar aparmaq bacarığı;
Analitik düşünmə, qərarvermə və problemlərin operativ həlli bacarığı;
Komandada işləmək və kiçik heyətə metodoloji dəstək göstərmək bacarığı;
Məsuliyyətlilik, konfidensiallıq və yüksək iş etikası.
Təcrübə tələbi:1-3 il
Təhsil:Ali təhsil-Bakalavr
Ixtisas:Ali təhsil-Bakalavr /Ali təhsil (Əlaqəli sahələr üzrə);