Biznesin İnkişafı və Korporativ Təqdimatlar üzrə Mütəxəssis

Bakı

AT Geotech

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Sizdən aşağıdakı 4 əsas istiqamət üzrə şirkətin imkanlarını öyrənmək və təqdimat materialları hazırlamaq tələb olunacaq:

  • Mühəndisi-Geoloji Tədqiqatlar: Tikinti və layihələndirmə öncəsi süxurların analizi;
  • Geoloji Kəşfiyyat Qazması: Faydalı qazıntıların və yerin quruluşunun müəyyən edilməsi;
  • Topoqrafiya: Ərazinin relyef planının və xəritələrinin hazırlanması;
  • Geofizika: Yeraltı strukturların fiziki üsullarla tədqiqi.

Sizin Öhdəlikləriniz:

  • Layihələrin rəsmi adlarını bilmək
  • Layihələrin dövlət və ya dünya əhəmiyyətliliyi bilmək
  • Layihənin hansı şirkət tərəfindən görülməsi və sifarişçinin hansı şirkət olduğunun bilmək
  • Layihə haqqında daha ətraflı və zəruri məlumatların yuxarı rəhbərliklə razılaşdırılmış formada təqdimatlarda və ya veb-saytlarda yerləşdirilməsi üçün təkliflər vermək
  • Arxivlərdən təqdimat və ya veb saytlar üçün uyğun şəkilləri seçmək
  • Layihələrə uyğun olaraq şəkillər çəkmək və çəkilən şəkillərin şirkətin bulud (və ya digər razılaşdırılmış formatda) sistemində layihələr üzrə saxlanılmasını təmin etmək
  • PowerPoint proqramında şirkətin vizit kartı olacaq mükəmməl, müasir və estetik təqdimatların yığılması;
  • Şirkətin xidmətlərinə uyğun yeni potensial müştərilərin tapılması;
  • Potensial müştərilərlə görüşmək və hazırladığınız təqdimatları onlara peşəkar şəkildə təqdim etmək.
  • Şirkətin rəsmi saytlarının mütəmadi olaraq nəzarətdə saxlanılması, məlumatların aktuallığının yoxlanılması və zəruri yenilənmələrin təşkili

Xüsusi tələblər

  • PowerPoint Master: PowerPoint-i sadəcə bilmək yox, yüksək vizual zövqlə istifadə etmək;
  • Öyrənmə Həvəsi: Texniki (mühəndislik/geologiya) mövzulara girməkdən və mürəkkəb prosesləri sadə dildə izah etməkdən qorxmamaq;
  • Təqdimat Bacarığı: Səlis nitq, özünəinam və korporativ müştərilərlə görüşmək qabiliyyəti;
  • Dil Bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (arzuolunandır, bilən namizədlərə üstünlük veriləcəkdir.)

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • 1000 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN