Əməliyyatlar üzrə müavin / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi

Bakı

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müvafiq sahələrin fəaliyyət planlarının və iş bölgüsünün icrasına nəzarəti təşkil etmək;
  • İstehsalat proseslərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və istehsalat xərclərinin azaldılması istiqamətində təşəbbüslərin irəli sürülməsi;
  • İstehsalatda texniki uyğunsuzluqlar və nasazlıqlar üzrə operativ qərarların qəbulu və icrasına nəzarəti təşkil etmək;
  • Emal və hasilat sahələri üzrə mal-material, texnika, sərf materiallarının və kimyəvi maddələrin təminatının düzgün planlaşdırılması və əlaqələndirilməsi;
  • İstehsalat əməliyyatlarının yerli və beynəlxalq standartlara, habelə Cəmiyyətin daxili prosedurlarına uyğunluğuna nəzarəti təşkil etmək;
  • Şöbənin fəaliyyəti çərçivəsində dağ-mədən, emal və hasilat sahələrinin büdcə sifarişlərinin və normativlərin hazırlanması və icrasına nəzarət etmək;
  • Emal və hasilatla bağlı təkmilləşdirmə layihələri üzrə təşəbbüslərin hazırlanması və həyata keçirilməsinə nəzarəti təşkil etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasına operativ nəzarət və hesabatlılığı təşkil etmək;
  • Şöbənin fəaliyyəti çərçivəsində imzalanmış müqavilələrin icrasına nəzarət etmək;
  • İstehsal sahələrində aparılan optimizasiyalar ilə bağlı məsləhətçilər ilə işlərin koordinasiyası, hesabatlılığın təşkil edilməsi;
  • Şöbənin fəaliyyəti çərçivəsində təsdiqlənmiş fəaliyyət planlarının icrasına nəzarət və yeni layihələrin idarəolunmasında aktiv iştirak etmək;
  • Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;

Xüsusi tələblər

  • Microsoft Office proqramlarını mükəmməl bilmək, mühəndislik sahəsi üzrə proqramları bilmək üstünlükdür.
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili və Rus dili yaxşı səviyyədə tələb olunur;
  • Liderlik, innovativlik, strateji düşüncə, kommunikasiya, problem həll etmə, qərarvermə , nəticəyönümlülük, dəyişikliklərin idarə edilməsi bacarıqları tələb olunur.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Müvafiq sahə üzrə ali təhsil tələb olunur; Geologiya və ya Dağ-mədən mühəndisliyi ixtisasına malik namizədlərə üstünlük veriləcək.
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi,.

Oxşar vakansiyalar

 
  • Bakı

  • 1000 AZN dən

Premium
 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Daşkəsən

  • Razılaşma yolu ilə

 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN