VMware əsaslı virtual infrastrukturun quraşdırılması, konfiqurasiyası, idarə olunması və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
Virtual mühitlərin yüksək əlçatanlığının (High Availability), performansının və təhlükəsizliyinin təmin edilməsi;
Backup, replikasiya və Disaster Recovery həllərinin idarə olunması, ehtiyat nüsxələmə və bərpa proseslərinin icrası;
Server, storage və SAN infrastrukturunun idarə olunması, monitorinqi və optimallaşdırılması;
Virtual infrastruktur üzrə insidentlərin araşdırılması, problemlərin aradan qaldırılması və sistemlərin monitorinqinin həyata keçirilməsi;
Virtualizasiya mühitinin inkişafı və optimallaşdırılması istiqamətində digər İT komandaları ilə əməkdaşlıq.
Xüsusi tələblər
Ali təhsil (İnformasiya texnologiyaları və ya əlaqəli sahə üzrə);
Sistem mühəndisliyi, Virtualizasiya mühəndisliyi istiqamətində 2-3 il iş təcrübəsi;
Virtualizasiya: VMware vSphere, Hyper-V, platformaları ilə işləmə bacarığı, virtualizasiya ilə bağlı dərin biliklər;
Backup və replikasiya texnologiyaları: Veeam Backup & Replication, Zerto, VMware Site Recovery Manager (SRM), Microfocus Data Protector həlləri ilə bilik və təcrübə;
Linux əməliyyat sistemləri: RHEL, Ubuntu, CentOS, Debian idarəetməsi və optimizasiyası;
Şəbəkə texnologiyaları və ümumi şəbəkə bilikləri: VLAN, Routing, VPN, Firewall, Load Balancing və şəbəkə təhlükəsizliyi;
Server və storage avadanlıqları: Fiziki serverlər və storage sistemlərinin konfiqurasiyası və idarə olunması;
SAN switch konfiqurasiyası: SAN Switch-lərinin konfiqurasiyası, zoning və fiber channel şəbəkələrinin idarə edilməsi;
Monitorinq alətləri: Zabbix, OPManager, AppManager, PRTG, Grafana, Prometheus ilə sistemlərin və şəbəkələrin monitorinqi;
İdarəetmə və avtomatlaşdırma alətləri: ManageEngine ailəsinə aid məhsullar (Endpoint Central, , ADManager və s.) və ya digər idarəetmə sistemləri;
Problemləri həll etmə və analitik düşünmə qabiliyyəti;
Daxili və xarici müştərilərlə peşəkar ünsiyyət və texniki dəstək göstərmə bacarığı;
Komanda ilə işləmə və effektiv ünsiyyət bacarıqları.