Tamamlama üzrə böyük mühəndis

Bakı

SOCAR Upstream MI LLC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • SOCAR yataqları üçün Tamamlama strategiyası, praktikaları və standartlarının hazırlanmasında iştirak etmək
  • Şirkətin Tamamlama strategiyasının icrasına dəstək göstərmək
  • SOCAR yataqları üzrə Tamamlama işlərinin bütün aspektlərinə dəstək vermək və icrasında iştirak etmək: Perforasiya, Süzgəclə Tamamlama, Gravel-Pack, MEDN (ESP), qaz-lift Tamamlama və s.
–Tamamlama dizaynı və quyu təhvil prosesi üzrə qazma, yataqların işlənməsi, hasilat və quyuya müdaxilə şöbələri ilə əməkdaşlıq etmək
–Tamamlama üzrə Layihə Tapşırığı (SOR) və İşçı Layihə - Dizaynın Əsasları (BOD) sənədlərini hazırlamaq
–API, ISO və digər beynəlxalq standartlara və praktikalara əsaslanan tamamlama dizaynını tətbiq etmək
–Quyu dibi üçün uyğun avadanlıqların və düzgün materialların seçimini həyata keçirmək
–Tamamlama avadanlıqları və NKB dizaynı üçün Wellcat, Wellplan kimi proqramlarda zəruri hesablamalar aparmaq
–Servis şirkətləri ilə tamamlama dizaynını, əməliyyat planlanmasını və quyuda işin icrasını koordinasiya etmək
–Tamamlama əməliyyat prosedurlarını və proqramını hazırlamaq
–Tamamlama işlərinin gündəlik gedişatını izləmək və buruqda tamamlamanın icrasını təşkil və nəzarət etmək
–Öyrənilmiş dərsləri və SƏTƏM hadisələrini sənədləşdirmək və Tamamlama əməliyyatlarını təkmilləşdirmək
–Quyu Sonu Hesabatı (EOWR), Öyrənilmiş Dərslər (LL) sənədlərini hazırlamaq
–Satınalma prosesinə dəstək (texniki spesifikasiyaların hazırlanması, tenderlərin qiymətləndirilməsi və s.)
  • Yeni Tamamlama texnologiyalarının araşdırılıb SOCAR yataqlarında tətbiqinin icrası
  • Təcrübə və biliyin digər əməkdaşlar və gənc mühəndislərlə bölüşülməsində fəal iştirak etmək (təlimlər, və s.)

Xüsusi tələblər

  • Neft-qaz mühəndisliyi və ya müvafiq mühəndislik sahəsində bakalavr dərəcəsi
  • Tamamlama və ya uyğun sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Müxtəlif Tamamlama və Quyuya Müdaxilə üsulları üzrə bilik və təcrübə
  • Perforasiya dizaynı, planlaşdırılması və icrası
  • Quma qarşı mübarizə Tamamlama metodları üzrə bilik və təcrübə
  • NKB dizaynı və modelləşməsi
  • Tamamlama avadnlıqlarının və materialının seçimi
  • Müxtəlif istismar üsulları (MEDN, qaz-lift, və s) üzrə bilik və təcrübə.
  • Yaxşı ünsiyyət, komanda işi və insanlarla əlaqə bacarıqları
  • Mürəkkəb texniki və əməliyyat problemlərinin həllində analitik düşüncə
  • Davamlı inkişaf və təkmilləşməyə öhdəlik

Müraciət üçün son tarix: 11.08.2026
Vakansiyaya maraq göstərən namizədlərdən CV-lərini “Senior Competion Engineer” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 700 AZN dən

Premium
 
  • Bakı

  • 1000 AZN dən

Premium
 
  • Bakı

  • 600 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN