Bütün sənədlərin şirkət nizamnaməsinə, peşə standartlarına, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına və qanunla müəyyən edilmiş uçot normalarına uyğunluğunun təmin edilməsi;
Daxili idarəetmə hesabatlarının vaxtında və dəqiq təmin edilməsi;
Aylıq, rüblük və illik beynəlxalq maliyyə hesabatlarının hazırlanması və vaxtında təqdim olunması;
Hesabatların hazırlanması üçün tələb olunan məlumatların müxtəlif mənbələrdən toplanmasını və düzgünlüyünü yoxlamaq;
Hesabatlarda yaranan fərqlər və kənarlaşmalar üzrə ilkin təhlillər hazırlamaq və izahlar təqdim etmək;
Maliyyə hesabatları üzrə nəzarətçi tərəfindən aparılan yoxlama prosesinə dəstək olmaq və tələb olunan düzəlişləri vaxtında icra etmək;
Standart jurnal yazılışlarının və düzəliş qeydlərinin hazırlanmasını həyata keçirmək;
Kənar audit üçün materialların və kənar qurumlar üçün maliyyə hesabatlarının hazırlanmasının əlaqələndirilməsi, kənar auditorların fəaliyyətinin əlaqələndirilməsi və onların təklif və tösviyələrinin tədqiq edilməsi;
Daxili auditorların təklif və tövsiyələrinin araşdırılması və lazım gələrsə cavab hazırlanması;
Məhsulun maya dəyərinin təhlilində iştirak etmək və təkliflər irəli sürmək, xərclərin azaldılması üçün sahələri aşkar etmək;
Maliyyə hesabatları üzrə daxili nəzarət prosedurlarına riayət etmək və tətbiqində iştirak etmək;
ERP sistemlərindən və digər maliyyə platformalarından məlumatların düzgün çıxarılmasını təmin etmək;
Hesabat proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər vermək;
Digər struktur bölmələrlə əməkdaşlıq edərək maliyyə məlumatlarının tam və düzgün toplanmasını təmin etmək;
Rəhbərlik tərəfindən tapşırılan digər maliyyə - hesabatları və təhlilləri hazırlamaq;
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Xüsusi tələblər
Maliyyə və mühasibat uçotu üzrə ali bakalavr təhsili
Hesabatlılıq və audit üzrə 2-3 il, audit şirkətlərində təcrübə