Vergilər ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və Vergilər Nazirliyinə cavablandırılması);
Vəzifə öhdəliklərini yerinə yetirmək üçün mühasibatlıq şöbəsi və digər şöbələrlə müntəzəm əlaqənin təşkili;
Yeni layihələr üçün Obyekt Kodlarının əldə edilməsi (Pərakəndə satışın genişləndirilməsi komandasından sənədlərin yoxlanılması, çatışmayan sənədlər və səhvlər barədə məlumat verilməsi);
Aylıq ƏDV hesabatının təqdim edilməsi üçün hazırlanması (ƏDV depozit hesabının təhlili);
Qeyri-rezidentin ƏDV-si, Satış zamanı ödənilməli ƏDV, debitor borclarının hesablanması üçün mühasibat sistemindən məlumatların çıxarılması;
Alınmış bütün vergi hesab-fakturaları ilə ödənişlərin tutuşdurulması;
Bəyanat vergi hesab-fakturalarının təhlili, ilkin vergi hesab-fakturalarının müəyyən edilməsi (əvvəlki aylarda bərpa oluna bilən olub-olmadığını, bu vergi hesab-fakturalarının ödənişlərini yoxlamaq);
Aylıq əmlak vergisinin hesablanması və müxabirləşmələr uçot sisteminə daxil edilməsi;
Statistika Komitəsinə aylıq hesabatların təqdim edilməsi (Satış, İnvestisiya, Xidmət);
Mənfəət və Əmlak vergisi hesabatları, illik satışlar və İT avadanlıqları haqqında hər il Statistika Komitəsinə hesabatların təqdim edilməsi;
Marketlərin yerləşdiyi əraziyə görə rüblük İnvestisiya hesabatının Statistika Komitəsinə təqdim edilməsi;
Ödəmə mənbəyindən tutulan vergi hesabatının hesablanması və Vergilər Nazirliyinə təqdim edilməsi (icarə, xidmət, nəqliyyat, lisenziya ilə bağlı ödənişlərin mühasibat sistemindən çıxarılması), səhv ödənişlərin və hesablamaların təhlili;
Debitor və kreditor borcları haqqında ətraflı məlumatın Vergilər Nazirliyinə təqdim edilməsi;
Hər bir təchizatçı üçün bərpa prosesi üçün məlumatların toplanması (vergi hesab-fakturaları, ödənişlər).
Xüsusi tələblər
Mühasibat uçotu, maliyyə və ya digər müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
Vergi Məcəlləsi üzrə biliklər;
Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi;
Orta səviyyədə İngilis dili;
Mühasibat proqramları və tətbiqləri ilə tanış olmaq;
ACCA sertifikatlarına üstünlük verilir;
Microsoft Office proqramlarından (xüsusilə Excel cədvəlləri, düsturlar, diaqramlardan) mükəmməl istifadə etmə bacarıqları;
Araşdırma bacarıqları;
Ünsiyyət bacarıqları;
Məsuliyyətlilik;
Daimi son tarixlərə cavab vermək bacarığı;
Fərqli vəzifələrdə çalışan işçilərlə həm müstəqil, həm də birgə şəkildə çalışmaq bacarığı;