İşə qəbul, işdən çıxma və əmək münasibətləri üzrə sənədləşmə proseslərini həyata keçirmək;
Əmək müqavilələrinin, əmrlərin və digər İR sənədlərinin hazırlanmasını təmin etmək;
ƏMAS, E-sosial və digər dövlət portallarında İR əməliyyatlarını icra etmək;
Yeni əməkdaşların qeydiyyatını, sistem hesablarının və giriş icazələrinin yaradılmasını təmin etmək;
Payroll prosesində iştirak etmək, əməkhaqqı hesablamaları üçün zəruri məlumatların hazırlanmasını, yoxlanılmasını və aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək;
Məzuniyyət, ezamiyyət, son haqq-hesab, icazə və digər ödənişlərlə bağlı məlumatların düzgün hazırlanmasını təmin etmək;
İR və Payroll üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
İR üzrə daxil olan sorğuları cavablandırmaq və aidiyyəti şöbələrlə koordinasiyanı təmin etmək.
İş şərtlərimiz:
Əmək haqqı: müsahibə əsasında;
İş qrafiki: Həftə içi 5 gün;
İş saatları: 08:30-17:30;
Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Xüsusi tələblər
Ali təhsil;
İnsan Resursları və ya Payroll sahəsində iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər;
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
1C, Bitrix, ƏMAS, E-sosial və digər dövlət portalları ilə işləmək bacarığı üstünlükdür.