Baş mühasib

Bakı

Kristal

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun düzgün və vaxtında aparılmasına nəzarət etmək;
  • Vergi, maliyyə, statistika və digər dövlət hesabatlarının vaxtında və düzgün hazırlayıb təqdim etmək;
  • Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
  • Mühasibatlıq şöbəsinin fəaliyyətini və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək.

Xüsusi tələblər

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (istehsal sahəsində təcrübəyə üstünlük verilir);
  • Aksizli malların uçotu, aksiz bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi sahəsində yüksək səviyyədə praktiki təcrübə (mütləqdir);
  • Mənfəət vergisi, Əlavə Dəyər Vergisi (ƏDV), aksiz vergisi, əmlak vergisi və digər vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi üzrə yüksək səviyyədə praktiki biliklər;
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi, xüsusilə aksizli malların vergitutma qaydaları, vergitutma obyekti, vergi dərəcələri və vergi güzəştləri üzrə dərin biliklər;
  • Maliyyə hesabatlarının hazırlanması və müvafiq dövlət qurumlarına təqdim edilməsi sahəsində bilik və bacarıqlar;
  • 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
  • Elektron dövlət informasiya sistemləri və portalları ilə işləmək bacarığı;
  • Güclü analitik düşünmə, maliyyə təhlili və riyazi hesablama bacarıqları;
  • Komandanın idarə olunması, işin təşkili və effektiv ünsiyyət bacarıqları;
  • Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək;
  • Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab edilir.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Xırdalan

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

CV yaza bilmirsiz? Biz kömək edərik- 5 AZN