İstehsalat avadanlıqlarının, maşın və mexaniki sistemlərin fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək;
Avadanlıqların profilaktik, planlı və qəza təmirlərini təşkil etmək, icrasına nəzarət etmək və təkmilləşdirmə tədbirləri hazırlamaq;
Yeni istehsal xətlərinin, avadanlıqların və texnoloji sistemlərin layihələndirilməsi, quraşdırılması, montajı, demontajı və istismara verilməsi proseslərində iştirak etmək;
Avadanlıqların texniki istismar təlimatlarına uyğun işlədilməsinə, sınaqların aparılmasına və texniki baxım planlarının hazırlanaraq icrasına nəzarət etmək;
Təmir edilə bilən ehtiyat hissələrinin və texniki ləvazimatların bərpasını təşkil etmək və resurslardan səmərəli istifadəyə nəzarət etmək;
İstehsalat proseslərini təhlil edərək avadanlıqların məhsuldarlığını artıracaq, xərcləri azaldacaq və etibarlılığı yüksəldəcək texniki həllər və innovativ təkliflər hazırlamaq;
Avadanlıqlarda baş verən nasazlıqların kök səbəb analizini aparmaq, düzəldici və profilaktik tədbirlərin hazırlanmasını və icrasını təmin etmək;
Ehtiyat hissələri və texniki materialların istifadə müddətini izləmək, texniki kartları hazırlamaq, sifariş prosesini koordinasiya etmək və stok səviyyəsinə nəzarət etmək;
İstehsal planına uyğun olaraq texniki heyətin işini planlaşdırmaq, koordinasiya etmək, təlimatlandırmaq və fəaliyyətinə nəzarət etmək;
Xüsusi tələblər
Mexanika Mühəndisliyi, Maşınqayırma, Sənaye Mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
İstehsalat müəssisələrində mexaniki xidmət və ya texniki istismar sahəsində minimum 3-5 il iş təcrübəsi;
İstehsalat avadanlıqlarının texniki istismarı, profilaktik və bərpaedici baxım sistemləri üzrə biliklər;
TPM (Total Productive Maintenance), Preventive Maintenance və Root Cause Analysis metodologiyaları üzrə biliklər üstünlükdür;
SAP PM və ya digər ERP/CMMS proqramları ilə işləmə təcrübəsi üstünlükdür;
Mexaniki sistemlər, pnevmatik, hidravlik ötürücülər və sənaye avadanlıqları üzrə dərin texniki bilik;
Texniki çertyoj və sxemləri oxuma və təhlil etmə bacarığı;
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Analitik düşünmə, problem həll etmə və nəticəyönümlü işləmə bacarığı;