Zavodun ümumi avtomatika sisteminin işlədilməsini, hər növ ölçü alətinin nəzarət, baxım və kalibrləmənin müvafiq plan və təlimatlarına uyğun edilməsini və lazım gəldikdə baxım fəaliyyətlərinin aparılmasını təmin etmək,
Bölmələrindəki işçi heyətinin ətraf mühit baxımdan məlumatlandırılmasını təmin etmək,
Bölmədə görülən periodik baxım işlərini təqib etmək,
Ölçü alətləri ve ölçmə cihazlarının kalibrlənmələrinin müvafiq standartlara görə yerinə yetirilməsini və təqibini təmin etmək,
Ölçü alətlərinin baxım və nəzarətini həyata keçirər, daimi işlək vəziyyətdə olmalarını təmin etmək,
Ölçü alətləri işçi heyətinin qəza baxım və təmir məsələsində gördüyü işləri təqib edər və axsamaları təqib etmək,
Qəza baxım və təmir işlərinin təlimatlara görə icra edilməsini təmin etmək,
Avtomatika sistemi qəza baxım və təmir işlərinin iş təhlükəsizliyi qaydalarına uyğun edilib edilməməsinə nəzarət etmək,
İşçi təhlükəsizliyi üçün lazımi tədbirlərin yerinə yetirilməsini təmin etmək,
İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək,
Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
İş qrafiki 09.00-18.00
Bakı və bölgələr
Xüsusi tələblər
Ali texniki təhsil;
İş təcrübəsi minimum 3 il;
Rus dili və ingilis dili bilənlərə üstünlük verilir;
Proqramlaşdırılan məntiqi nəzarət proqramının (PLC) yazılması və modifikasiya edilməsini bilməli (STL, LAD, FBD, CFC, SFC);
PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmiri əsaslarını bilməli;
SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) proqramlarının proqramlaşdırılmasını bilməli;
PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
AC invertorların (driver) proqramlaşdırılmasını bilməli.