İqtisadi və bazar tendensiyalarını, maliyyə hesabatlarını və investisiya əməliyyatlarına təsir edən digər göstəriciləri və faktorları təhlil etmək və qiymətləndirmək;
Mürəkkəb maliyyə və iqtisadi modellər hazırlamaq;
Daxili proseslərin səmərəlliyini təmin etmək məqsədi ilə təkmilləşdirmə haqda təkliflər irəli sürmək;
Komanda üçün aparılmış araşdırmaların qısa məzmununu yazmaq;
Mövcud investisiya imkanlarını təhlil etmək və optimal investisiya etmək üçün tövsiyələr vermək;
Bazar və portfel yeniliklərini əhatə edən hesabatlar hazırlamaq;
Müqavilələri və digər müvafiq razılaşmaları nəzərdən keçirmək;
Şöbə müdirindən gələn digər sorğuları cavablamaq;
Sığorta ehtiyatlarının strukturunu (müddət, valyuta və s.) təhlil etmək və aktivlərin uyğunluğunu müqayisə etmək
Bankların prudensial hesabatlarını təhlil etmək;
Büdcə prosesi vaxtı investisiya gəlirlərini proqnozlaşdırmaq;
Xüsusi tələblər
İş təcrübəsi: İnvestisiya sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat, İnvestisiya, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və ya Mühasibatlıq ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla
Üstünlüklər: CFA/FRM sertifikatların olunması
Kompüter bilikləri: MS Office: əla, PowerBI: orta, R Language: orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə, planlaşdırma