Təmas şəbəkəsi qurğularının və elektrik təchizatı xətlərinin cari istismarının və təmirinin icrasının vaxtında təşkili və planlaşdırılması, təmas şəbəkəsinin və elektrik ötürücülərinin təkmilləşdirilməsi və gücləndirilməsi işlərinin təşkil edir. Normativ göstəricilərə əsasən təmas şəbəkəsinin vəziyyətinin saz saxlanılmasını təmin edir. Təmas şəbəkə qurğularının və elektrik ötürücü xətlərinin vəziyətinin saz saxlamasını şəxsən baxış keçirməklə təmin edir. Şəbəkədə baş verə biləcək hadisələrin tez təcili aradan qaldırılması metod və üsullarını təlimata uyğun işçilərə öyrədir və bu işçilərə rəhbərlik edir. Bərpa texnikasının, avtomaşın, avtomotris və s. daimi hazır olmasını və onların lazımı materiallar- detallar, naqillər və ehtiyat hissəlləri ilə, işçiləri norma əsasında xüsusi geyimlə təmin edilməsini təşkil edir.Texniki sənədləşməni və hesabatları aparır.
Ünvan Xızı rayonu, Giləzi qəsəbəsi
Xüsusi tələblər
Minimum təhsil dərəcəsi Bakalavriat
Hərbi mükəlləfiyyət Tələb edilmir
Sahə üzrə iş təcrübəsi 5 il
Rəhbər vəzifədə iş təcrübəsi 5 il
Təmas şəbəkəsinin ərazisi daxilində enerji təchizatının texniki, təmas şəbəkəsinin qidalanma sxemini, təmas şəbəkəsinin sənədlərə uyğun istismar və texniki təhlükəsizlik qaydalarını. Operativ heyyətlə əlaqənin bütün vasitələrini. Elektrikləşdirilmiş dəmir yolunun təmas şəbəkəsinin saxlanma qaydalarını. Qatarların hərəkət təlimatını, mərkəzləşmə və bloklama, siqnalizasiya qurğularının saxlanılması texniki təlimatını. Təmas şəbəkəsində baş vermiş qəzaların aradan qaldırılma təlimatlarını. Təmas şəbəkəsinin çətin və yüksək gərginlikli yerlərində iş icrasının üsullarını. Təmas şəbəkəsinin işçilərinin vəzifə və peşələrin tarif dərəcə xüsusiyyətlərini. Təmas şəbəkəsinin texniki və təsərrüfat fəaliyyətinə aid bütün əmrləri, sərəncamları və digər aidiatı sənədləri.