Mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbəri - rəis

Astara

Gənclər və İdman Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Gənclərlə iş və idman sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təşkili
  • Gənclərin problemlərinin öyrənilməsi və aradan qaldırılması üzrə tədbirlərin təşkili
  • Gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi və vətəndaşlıq tərbiyəsi işinin təşkili
  • İdmanın kütləviliyinin artırılması məqsədilə tədbirlərin təşkili
  • İdman yarışlarının təşkili və keçirilməsi
  • İdman müəssisələrinin fəaliyyətinin təhlil edilməsi işinin təşkili
  • Gənclərlə iş və idman sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə dövlət orqanları, idarə və müəssisələr arasında əlaqələndirmənin təşkili
  • Müvafiq sahələr üzrə dövlət proqramlarının, tədbirlər planının, kollegiya qərarları və digər sənədlərin və tapşırıqların vaxtında icrasının təşkili
  • İdarədaxili nizam-intizamın təşkili və əməkdaşlar arasında qulluq funksiyalarının icrasının təmin edilməsi 
  • Aylıq vəzifə maaşı 855
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
  • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.
  • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 29 sentyabr 2022-ci il   18 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1;

Telegram kanalımız